Yeni strategiya planı
İQTİSADİYYAT

Yeni strategiya planı

"Atəşgah" Sığorta Şirkəti (SŞ) ötən günlərdə "Hilton" oteldə son 3 il ərzində qarşısına qoyduğu hədəflər üzrə görülən işləri təhlil edərək növbəti dövr (2022-2024) üçün strateji  planlar müzakirə etmişdir.  Strategiyanın hazırlanmasında Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlətimizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər əsas götürülmüşdür.

Missiyasına daim sadiq qalan "Atəşgah" SŞ əhalini sığorta sahəsində maarifləndirmək, biznes sektorunu etibarlı maliyyə müdafiəsi ilə təmin etmək, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və ekoloji təmiz mühit yaratmaq naminə son 3 ildə çoxşaxəli işlərə, layihə və tədbirlərə öz imzasını atmış, bu yolda daha çox işlər görmək üçün yeni hədəflər və strategiya müəyyən etmişdir.

Şirkət əməkdaşlarının maliyyə bazarı və sığorta sektorunun analizi , problemlər və imkanlar barəsində müzakirələri, şirkətin güclü və zəif tərəflərindən, iqtisadi vəziyyət və imkanlardan çıxış edərək tərtib etdiyi gələcəkyönümlü proqnozlar qurmağa və gələcəyi daha aydın planlamağa  yardımçı olmuşdur.

Qeyd edək ki, sosial məsuliyyət yönümlü mühüm addımlara imza atmış  25 il fəaliyyət göstərən "Atəşgah" SŞ Azərbaycan maliyyə sektoru və biznes mühitində ilk dəfə olaraq ESG (ətraf mühit, sosial və idarəetmə)  layihəsinin tətbiqinə başlamışdır. Qloballaşan dünyada bu gün artıq ESG önəmli yer alır. Başqa sözlə desək, cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, gələcək dünyamızı düşünmək, sosial məsuliyyətlərimizi dərk etmək hər bir şəxsin və toplumun borcudur. Hədəflərini daha da genişləndirməyi məqsədəuyğun sayan "Atəşgah" SŞ-nin növbəti 3 illik strategiyasında ESG yönümlü tədbir və layihələrə geniş önəm veriləcəkdir.

Qeyd edək ki, yüksək etibarlılıq imicinə malik olan "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat" Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Bəybala BƏYBALAYEV,

"Respublika".