Yanvarın 18-də Azərbaycanda COVID-19 əleyhinə 354 doza vaksin vurulub
Səhiyyə

Yanvarın 18-də Azərbaycanda COVID-19 əleyhinə 354 doza vaksin vurulub

Yanvarın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 354 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 152, ikinci doza vaksinlərin sayı 66, üç və daha çox doza vaksinlərin sayı 109, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 27-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 938 min 596, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 467, ikinci mərhələ üzrə 4 milyon 876 min 427, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 705, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 997-dir.