Xankəndi-Laçın yolunda ekofəalların aksiyasının 124-cü günü
Digər xəbərlər

Xankəndi-Laçın yolunda ekofəalların aksiyasının 124-cü günü

Rusiya sülhməramlılarının, erməni havadarlarının Ermənistanın bütün təkidlərinə rəğmən Laçın-Xankəndi yolundakı ekoaksiya 124 gündür davam edir. Azərbaycanın müvafiq orqanlarının faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarına yerində baxış müxtəlif istiqamətlər üzrə monitorinqinə, ətraf mühitə, yeraltı yerüstü su mənbələrinə, potensial zərərin risklərin qiymətləndirilməsinə qarşı maneə törədilməsi vətəndaş cəmiyyəti fəallarının haqlı narazılığına səbəb olur.

Ötən ilin 12 dekabr tarixindən başlayan dinc etiraz aksiyası böyük ruh yüksəkliyi ilə davam edir. Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya təbii ehtiyatlarımızın qanunsuz istismarına qarşıdır. Beynəlxalq hüququn müvafiq konvensiyaları rəhbər tutularaq ermənilərin Qarabağda ətraf mühitə vurduğu ziyanın qeydə alınması tələb edilir. Gənc ekofəallar bütün dünyanı onların haqlı tələblərinə səs verməyə çağırır ikili standartlara qarşı olduqlarını bəyan edirlər.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan silahlı birləşmələri xunta rejimi Azərbaycan ərazilərində cinayətlər törədir, yenidən silahlanırlar. Eyni zamanda, üçtərəfli Bəyanata əsasən Laçın yolunun təyinatı humanitar məqsədlə istifadəni özündə ehtiva etsə , Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edir, silah-sursat, mina daşıyır.

Bəzi kütləvi informasiya vasitələri saxta məlumatlar yayaraq, aksiyaçıların yolu tamamilə bağladıqlarını bildirirlər. Lakin yaxın günlərdə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı media nümayəndələri aksiya keçirilən ərazidə olmuş gerçəyi şərh etmişdilər. Aksiyanı izləyən bütün yerli xarici media subyektləri şahidi olmuşlar ki, könüllülərimiz gənclərimiz sülhməramlılara humanitar yardımlar üçün şərait yaradırlar. Aksiyaçılar humanist davranışları, köməyə ehtiyacı olan şəxslərə həssas münasibətləri ilə yolun təhlükəsizliyini təmin edirlər. Lakin Ermənistan ekofəallarımızın Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasını beynəlxalq müstəvidə öz məkrli planına uyğun təqdim etməyə cəhd edir. Bəzi qərəzli ölkə təşkilatlar isə Azərbaycana qarşı həqiqəti əks etdirməyən qətnamələrin qəbulu ilə bu planın icraçısına çevrilirlər. Lakin bu mübarizədə haqq da, hüquq da Azərbaycan vətəndaş cəmiyyətinin tərəfindədir.

Sülhsevər insanlar dövlətlər bu aksiyanın haqlı olduğunu dəstəkləsələr , təbii sərvətlərimizi talan etməkdən gözləri doymayan Ruben Vardanyan, Araik Arutyunyan onların havadarları qarayaxma kampaniyası aparırlar. Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən bəzi ölkə qurumlar əllərinə düşən hər fürsətdə ölkəmizə qarşı anti-Azərbaycan siyasətini sərgiləyirlər. Buna nümunə kimi, yanvarın 18- Avropa Parlamentinin (AP) Azərbaycana qarşı Laçın yolunun guya "blokada"da olması kimi yalan iddialarla dolu artıq tətbiq edilməyən "Madrid prinsipləri" istinadlar edilmiş bədnam qətnamə qəbul etməsini göstərmək olar. Xüsusilə , Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyən bu kağız parçası azərbaycanlı gənclərin iradəsinə heç bir təzyiq göstərə bilməz. Çünki torpağına, sərvətinə sahib çıxan ekofəallar  Vətənin müdafiəçiləridirlər. Məhz buna görə tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirməkdə qətiyyətlidirlər.

Gənclərimizin bu əzmi Azərbaycan cəmiyyətində müsbət qarşılanır. Onlar əsl vətənpərvərlik nümunəsi göstərirlər. Əldə olunan bu uğur dövlət başçımızın diplomatiyasının sağlam vətənpərvər Azərbaycan gəncliyinin qələbəsidir.

Nurlan ABDALOV,

"Respublika".