26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
AZƏRTAC