MEMORİAL KOMPLEKSLƏR
Mədəniyyət

MEMORİAL KOMPLEKSLƏR

Günahsız insanlara qarşı törədilmiş soyqırımlarının unudulmamasında memorial komplekslərin böyük tarixi əhəmiyyəti var. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, işğaldan azad olunmuş əzəli torpaqlarımızda xalqımız üçün canından keçmiş insanların xatirəsinə memorial komplekslər inşa olunacaq. Bu cür məkanlar tariximizin qorunub saxlanması, gələcək nəsillərə vətənpərvərlik hisslərinin aşılanması baxımından böyük önəm daşıyır.

"Memorial" sözü latın sözü olan "memos" sözündən götürülüb, mənası "yaddaşlarda qalan" deməkdir.

Memorial komplekslər hər bir ölkənin mədəniyyətinin vacib bir hissəsidir. Onlar bizə dünyasını dəyişmiş əziz insanları, yaxud da ictimai xadimləri xatırlamağımıza kömək edir. Bu komplekslər min illərdir ki, mövcuddur. Məsələn, Tac Mahal, Linkoln Memorial Kompleksi, Vyetnam veteranlarının xatirəsinə ucaldılmış Memorial Kompleksi s. vətəni yolunda özünü qurban vermiş şəxslərin xatirəsinə ucaldılmış məkanlardır.

Memorial komplekslər, həmçinin gələcək nəsillərə həqiqətləri çatdırmaq baxımından çox vacib rol oynayır, insanları öz keçmişləri, tarixləri haqqında məlumatlandırır.

Bəşəriyyət yarandığı gündən bir sıra qəddarlıqlarla, əzablarla üzləşib. Bu insanlığa sığmayan əməllərdən biri soyqırımlarıdır. Soyqırımı insanların kütləvi şəkildə qətlə yetirilməsidir. 1948-ci il dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatı tərəfindən Soyqırımı cinayətlərinin qarşısının alınması cəzalandırılması haqqında konvensiya qüvvəyə minmiş, 141 ölkə bu konvensiyanı təsdiqləmişdir.

Dünyanın bir çox ölkələrində soyqırımları törədilmişdir. Azərbaycan, Bosniya-Herseqovina, Kambociya, Qolodomor, Banqladeş, İsrail başqa ölkələrdə minlərlə günahsız insanlar qəddar siyasətçilərin, pis niyyətlərin qurbanı olmuşdur. Bu soyqırımlarının törədilməsində məqsəd nədir?

Soyqırımı, ümumiyyətlə deməkdir? Yunan sözü olan "genos"un mənası qəbilə, tayfa, soy, "cide" isə latın sözü olub, mənası "öldürmək" deməkdir. Yəni bir soyun qırılması, öldürülməsi... İnsanlar arasındakı bu nifrət nəyə əsaslanır? Nəyə görə bir millət digər milləti qırmaq, soyunu məhv etmək istəsin?

 

Gəlin dünyanın müxtəlif yerlərində olan Soyqırımı Memorial Komplekslərinə səyahət edək...

 

1. Quba şəhərində Soyqırımı Memorial Kompleksi. 2007-ci ilə kimi şəhər stadionu kimi istifadə olunmuş ərazidə tikinti işləri gedən zaman kütləvi insan məzarlığı tapılmışdır. Aparılan araşdırmalarla tapılmış kütləvi insan qalığının 1918-ci ildə azərbaycanlılara qarşı baş vermiş soyqırımında qətlə yetirilmiş insanların kütləvi məzarlığı olduğu müəyyən edilmişdir. 2009-cu ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən verilmiş Sərəncamla kütləvi məzarlığın tapıldığı ərazidə Soyqırımı Memorial Kompleksi tikilmişdir. Soyqırımı Memorial Kompleksi bu günə qədər 1 milyona yaxın ziyarətçi qəbul etmişdir. Burada 4 dildə (Azərbaycan, ingilis, rus ərəb) bələdçi xidməti göstərilir.

2. Xatun Memorial Kompleksi - Belarusiyanın Minsk şəhərində II Dünya müharibəsində qətlə yetirilmiş üç milyon insanın xatirəsinə ucaldılıb. Belə ki, Minsk şəhərininin şimal hissəsində yerləşən Xatun kəndinin 149 sakini II Dünya müharibəsində yandırılaraq öldürülmüş, yalnız bir insan sağ qalmışdı.

3. Srebrenitsa Soyqırımı Memorial Kompleksi 1995-ci ildə baş vermiş Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinə ucaldılıb. Soyqırımı zamanı əksəriyyəti müsəlman olmaqla 9000-ə yaxın insan qətlə yetirilib. 2006- ilə qədər Srebrenitsa ətrafında 42 kütləvi məzarlıq aşkar olunmuş, orada olan insan qalıqlarından 2070 nəfər qurbanın kimliyi müəyyən edilmişdir. 7000 cəsəd hissələrinın kimliyi isə hələ müəyyən edilməmiş qalır. 11 avqust 2006- ildə Kamenikada yerləşən kütləvi Srebrenitsa qətliamı məzarlığından daha 1000 cəsədin qalıqları üzə çıxarılmışdır.

 

4. Kigali Soyqırımı Memorial Kompleksi - Ruanda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Memorial kompleks. 1994- ildə baş vermiş Ruanda soyqırımında 250 000 insan qətlə yetirilmişdir.

Namiq BAĞIRLI,

Quba Soyqırımı Memorial

Kompleksinin əməkdaşı.