Linda Xalfa: Qlobal Media Konqresində yüksək səviyyədə təmsil olunmasına görə AZƏRTAC-ı təbrik edirəm
MÜSAHİBƏLƏR

Linda Xalfa: Qlobal Media Konqresində yüksək səviyyədə təmsil olunmasına görə AZƏRTAC-ı təbrik edirəm

Azərbaycan Dövlət İnformasiya Agentliyinin Qlobal Media Konqresindəki stendini ziyarət etdim. Bu cür gözəl təmsilçiliyə və iştiraka görə AZƏRTAC-ı təbrik edirəm. Gələcəkdə agentliklə əməkdaşlıq əlaqələri qura bilərik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Əlcəzairin "İCONİC" rəqəmsal platformasının rəhbəri Linda Xalfa söyləyib.

Prezident İlham Əliyevin Əlcəzairə səfəri, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitdəki iştirakı barədə danışan L.Xalfa iki ölkə arasındakı əməkdaşlığın geniş və müsbət istiqamətdə inkişaf edəcəyinə əminliyini bildirib.

O, həmçinin Əbu-Dabidə keçirilən konqres barədə təəssüratlarını bölüşüb. Qeyd edib ki, bu cür beynəlxalq tədbirlər media üzrə mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq üçün böyük imkandır.

"Qlobal Media Konqresində iştirak etdiyim üçün çox xoşbəxtəm. Tədbirin təşkilinə və dəvətə görə WAM agentliyinə minnətdarlığımı bildirirəm. Konqres "İCONİC" platforması kimi yeni qurulmuş şirkətlər üçün böyük imkanlar yaradır", - deyə o qeyd edib.

AZƏRTAC