Göyçə bizim əzəli torpağımızdır
MÜSAHİBƏLƏR

Göyçə bizim əzəli torpağımızdır

Bu gün gen-bol adı çəkilən Sevan gölü ifadəsi çox da uzaq tarixə malik olmayan toponimdir. 1930-cu illərdən əvvəlki xəritələrə baxsaq görərik ki, həmin göl Göyçə gölü adlanırdı. Buranın yerli əhalisi tarix boyu Azərbaycan türkləri olmuşdur.

Nor Bayazet Yeni Bayazet deməkdir. 1831-ci ildə Türkiyənin Bayazet vilayətindən gətirilən ermənilərin ilk dəstələri Göyçə gölünün sahillərində, Azərbaycan kəndlərində yerləşdirilməyə başlandı. Bayazetdən gəlmiş ermənilər buradakı türk kəndlərindən birini Nor Bayazet adlandırdılar. Bu kəndin əzəli adı Kəvər olmuşdur. Kəvər Göyçənin tanınmış kəndlərindən biridir. Hətta qədim aşıq havalarından biri olan "Sarıtel"in ilk adı da "Kəvəri" olub.

Göyçə 3172 kvadratmetrdən artıq bir ərazidə Göyçə gölünün ətrafındakı türk ellərinə verilən qədim addır. "Kitabi-Dədə Qorqud" eposunda Göyçə "Gökcə Tenqiz" kimi işlənilir. "Göyçə" gölünün adlanması XII-XIII əsrlərə aiddir. Buna Dədə Ələsgərin şeirlərində də rast gəlmək olar.

Vurğulamaq lazımdır ki, Göyçə mahalı Çəmbərək rayonunun bir neçə kəndini və Basarkeçər rayonunu əhatə edir. Tarixi mənbələr göstərir ki, Göyçədə vaxtilə ancaq azərbaycanlılar yaşamışlar. Ancaq bu qədim türk ərazisinə mərhələ-mərhələ ermənilər köçürüldükdən sonra azərbaycanlıların xoş növrağı pozulmuş, yeri düşəndə onlar xalqımıza qarşı vəhşiliklər törətmiş, insanları qətlə yetirmiş, öz mənfur niyyətlərini reallığa çevirmişlər. Erməni daşnakları 1918-ci ildə Göyçə mahalında qanlı cinayətlər törətmiş, günahsız insanlar qəddarcasına məhv edilmişdir. Göyçəli aşıq Alının kürəyinə ermənilər tərəfindən qaynar samovar bağlanmış və o, qəddarlıqla qətlə yetirilmişdir.

Türk xalqlarının qatı düşməni olan ermənilərdən biri öz gündəliyində yazırdı: "Mən Basarkeçərin tatar əhalisini heç nəyə məhəl qoymadan məhv etdim. Bəzən gülləyə də heyfim gəlirdi. Döyüşdən sonra yaralananların hamısını bir də məhv edirdim ki, bu yaramazlar yer üzərində qalmasın".

Bu, bir daha təsdiq edir ki, ermənilər dünyada vəhşiliyə, qəddarlığa görə öncül yerdədir.

Erməni quldurları 1948-1953-cü illərdə də Göyçə mahalında soyqırımlar həyata keçirmiş, həmin dövrdə insanlar deportasiyaya məruz qalmış, çoxları öz dədə-baba torpaqlarından zorla qovulmuş, ağır işgəncələrə məruz qalmışlar.

1969-cu ilədək Qərbi Azərbaycanda soydaşlarımızın ən çox məskunlaşdığı ərazi Basarkeçər rayonu idi. Buna görə də bu rayonun birinci katibi həmişə azərbaycanlı olmuşdur. Ancaq Moskvadakı ermənipərəst qüvvələrin xəyanəti nəticəsində həmin vaxtdan rayon partiya komitəsinin birinci katibi erməni oldu. Şübhəsiz ki, hər şey həmin dövrlərdən başlandı. Ali təhsilli azərbaycanlı gənclər doğma rayonlarında işlə təmin olunmadı, qarşılarına sipər çəkildi.

1988-ci ilin noyabr-dekabr aylarında Qərbi Azərbaycanda ermənilərin intiqam hissi yenidən alovlandı.

Göyçə mahalındakı soydaşlarımız da deportasiyaya məruz qaldı. Son deportasiyada 30 minə yaxın Basarkeçər azərbaycanlıları Gədəbəy və Kəlbəcər istiqamətində, qarlı-çovğunlu günlərdə məcburən ata-baba torpaqlarını tərk edərək Azərbaycana pənah gətirdilər.

Birinci Qarabağ savaşında Basarkeçərdən 4 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü, yüzlərlə gənc ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi. Bu haqda Əməkdar jurnalist, yazıçı Qədir Aslanın "Göyçə şəhidləri" kitabında geniş bəhs olunmuş, televiziya filmləri çəkilmişdir.

Qərbi Azərbaycanın bütün sakinləri kimi, Göyçə mahalının insanları da 30 ildən çoxdur ki, Vətən, yurd həsrəti ilə yaşayırlar.

Ötən il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu, bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşdü. Bu tarixi hadisə barədə biz vətəndən uzaqlarda - Moskvada xəbər aldıq. Sevindik, qürur hissi keçirdik. Belə qənaətə gəldik ki, Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra XXI əsrin qarşıdakı illərində Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıdacaq, aşıqlar yurdu olan Göyçə mahalında "Cəngi" çalınacaq, qədim Oğuz yurdu toy-düyünlü olacaq, köç karvanları geri dönəcək, erməni vandalları öz çirkin əməllərini reallaşdıra bilməyəcəklər.                    

                                            Zimistan MÜRSƏLOV,

Moskva şəhəri, iş adamı.