HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ EKSKURSİYA
Region

HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ EKSKURSİYA

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Naftalan şəhərində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. Ulu öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış̧ olmaq imkanı yaradan ekskursiyalar çərçivəsində məktəblilər Heydər Əliyev Mərkəzinə  səfər ediblər. Ekskursiya zamanı iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat və fotostendlər haqqında ətraflı məlumat verilib. Sonra məktəblilər Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olublar, ümummilli liderdən bəhs edən filmə baxıblar.

                   Zabit XƏLİLOV,

                   “Respublika”.