Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcəklər
Digər xəbərlər

Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcəklər

Hərbi qulluqçularımız "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək "Tank biatlonu" müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, hərbçilərimiz "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən "Artilleriya atəşinin ustaları" (Qazaxıstan) və "Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.

AZƏRTAC