Ermənistan  təxribatlarının məqsədi sülh danışıqlarını yubatmaqdır
Digər xəbərlər

Ermənistan  təxribatlarının məqsədi sülh danışıqlarını yubatmaqdır

Cənubi Qafqazda sülhün bərpa olunması üçün Ermənistan Azərbaycan arasında danışıqların intensivləşməsinə baxmayaraq, düşmən ölkə yenə əməllərindən geri qalmır.

Ermənistan tərəfinin törətdiyi çoxsaylı təxribatlar Qərb qonşumuzun sülh niyyətində olmadığını göstərir. Belə ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-4- ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqlar aparıldı. Nazirlər onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə olunsa da, bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qaldı. Erməni tərəfi hər zaman olduğu kimi, görüşdən bir gün sonra təxribata əl atdı mayın 5-i Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizi atəşə tutduYaxın günlərdə bu hal təəssüf ki, yenidən təkrarlandı. Mayın 14- isə Brüsseldə liderlərin görüşü ərəfəsində Ermənistan hərbi təxribata əl atdı. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 10-u axşam saatlarından başlayaraq  Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Digər əsgərimiz, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Ermənistan tərəfinə təxribatlarına son qoyulması qəsdən vəziyyətin gərginləşdirməməsi barədə  xəbərdarlıq edilməsinə baxmayaraq, düşmən ölkə növbəti dəfə atəşkəsi pozub.

Təxribat törədilən istiqamətdə  Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviter hesabındakı paylaşımında bildirib ki, ATƏT-in Daimi Şurasının iclasında Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribatla bağlı məsələ qaldırılıb.  "Bu cür əməllər sülh prosesini baltalayır beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistanın sülhə məcbur edilməsi onu normallaşma prosesinin məntiqində saxlanılması üçün əlavə tədbirlər görülməlidir", - deyə o bildirib.

Hadisəyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. Qeyd olunub ki, Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırırXİN bəyan edib ki, vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Məlum məsələdir ki, bu təxribatlara səbəb  Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın çətin  vəziyyətə düşməsi bu ölkədən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının tələb olunmasıdır. Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması məsələsinin Ermənistanın qarşısına imperativ tələb kimi qoyulması Paşinyan hökumətini ağır vəziyyətə salaraq, manevr imkanlarını məhdudlaşdırıb. Mənfur Ermənistanın mayın 12- axşam saatlarında davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Qeyd edək ki, Azərbaycan Ordusunun Ermənistanın PUA-larının komanda-qərargah məntəqəsini məhv etməsinin videogörüntüləri yayılıb. Bundan əlavə, Ermənistan ordusunun təxribata cəhd edən 2 hərbçisi zərərsizləşdirilib. Ermənistan tərəfinin vacib görüşlər öncəsi təxribatlar törətməsinin dəfələrlə şahidi olmuşuq. Törədilən təxribatlar isə Ermənistana heç qazandırmır. Əksinəötən zaman ərzində Azərbaycan bütün təxribatların qarşısını almaqla yanaşı, öz mövqelərini   daha da möhkəmləndirdi.

Mayın 14-ü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Xatırladaq ki, 2022-ci ilin avqustunda Brüsseldə keçirilmiş sonuncu üçtərəfli görüşdən sonra bu formatda danışıqlar aparılmamışdı.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında bildirdi ki, hər iki lider Azərbaycanın 86,6 min kv.km Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib. Bundan əlavə, NATO Baş katibinin Cənubi Qafqaz Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina tviter hesabında bildirib ki, ötən həftə XİN rəhbərinin Vaşinqtonda apardığı danışıqlardan sonra Brüsseldə Şarl Mişelin ev sahibliyi etdiyi Nikol Paşinyan İlham Əliyev arasında keçirilən beşinci görüşdən ümidverici xəbərlər var. NATO Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Bu görüş bir daha Azərbaycanın iradəsini ortaya qoydu. Görüşün iki ölkə arasında münasibətlərin normallaşması məqsədilə keçirilməsinə baxmayaraq, Ermənistan tərəfi yenə çirkin əməllərindən geri qalmadı Brüssel görüşündən sonra daha bir təxribat həyata keçirdi. Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm-lik minaatanlardan atəşə tutub.

Brüsseldə keçirilən danışıqlarda əsas istiqaməti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru, itkin düşənlərin taleyi digər məsələlər təşkil edib. Şarl Mişelin 4 saatlıq danışıqlardan sonra mətbuata verdiyi bəyanatlardan aydın oldu ki, tərəflər arasında kifayət qədər ciddi müzakirələr olub. Prezidentinin mətbuata bəyanatına istinad edərək deyə bilərik ki, Brüssel görüşündə Azərbaycan uğurlu nəticələr əldə edə bilib. 14 may görüşündən gəlinən nəticə budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında etiraf etmiş oldu.

Nəzrin CAVADZADƏ,

"Respublika".