Baş nazirin müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət

Baş nazirin müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov yanvarın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ferqus Ould ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.