“BAKI OVUNTU METALLURGİYA” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1800070621)  31 dekabr 2020-ci il tarixə Maliyyə Hesabatları
Digər xəbərlər

“BAKI OVUNTU METALLURGİYA” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1800070621) 31 dekabr 2020-ci il tarixə Maliyyə Hesabatları

“Bakı Ovuntu Metallurgiya “ ASC-nin (VÖEN: 1801184511) təsisçilərinə Təqdim olunmuş (cəm olunmuş) maliyyə hesabatlarının auditinə dair hesabat

RƏY

Mən, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 26.02.2019-cu il tarixli AT-048 saylı qüvvəyə minmiş xüsusi icazəyə əsasən fəaliyyət göstərən “Azərbeynəlxalqaudit” xidməti Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Auditorlar palatasının üzvü Əhmədov Misir Zaman oğlu, “Bakı Ovuntu Metallurgiya” ASC ilə bağlanmış 02.02.2021 -ci il tarixli 000008 saylı müqaviləyə əsasən 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə olan dövrün maliyyə təsərrüfat fəaliyyətinin auditini apardım.

Hesab edirəm ki, əlavə edilmiş və təqdim olunmuş maliyyə hesabatları Qrupun 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə cəm olunmuş pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Mən, auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun apardım. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın, təqdim olunmuş maliyyə hesabatlarının auditi üçün “auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun olaraq Qrupdan asılı deyilik və biz digər etika öhdəliklərimizi bu məcəllənin tələblərinə uyğun yerinə yetirmişik. Mən hesab edirəm ki, əldə etdiyimiz audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri biz peşəkar mühakiməyə görə cari dövrün təqdim olunmuş maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər təqdim olunmuş maliyyə hesabatlarının auditi baxımından və bu təqdim olunmuş maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bir tam kimi nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrı rəy vermişik.

Cəm olunmuş maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik təqdim olunmuş maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, diqqətsizlik və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı təqdim olunmuş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Təqdim olunmuş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun maliyyə hesabatlarının təqdim edilməsi gedişatında nəzarətə görə məsuliyyət daşıyır.

Cəm olunmuş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz cəm olunmuş maliyyə hesabatlarında bir diqqətsizlik və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər diqqətsizlik və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq istifadəçilərin belə təqdim olunmuş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Biz həmçinin:

Təqdim olunmuş maliyyə hesabatlarında diqqətsizlik və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit davamiyyətli layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Diqqətsizlik nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki diqqətsizlik sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz, həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə təqdim olunmuş maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatı verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

Azərbeynəlxalqaudit xidməti

MMC-nin direktoru-Auditor: Misir Əhmədov.