Bakı musiqi məktəbi şagirdlərinin konserti
Mədəniyyət

Bakı musiqi məktəbi şagirdlərinin konserti

Lənkəran Regional Mədəniyyət İdarəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbi şagirdlərinin Lənkəran Şəhər Mədəniyyət Mərkəzində konserti təşkil olunub. Konsertdə mədəniyyət işçiləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak edirdi.

 Tədbiri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov açaraq ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə mədəniyyətin inkişafına və mədəniyyət işçilərinə yüksək qayğı göstərdiyini diqqətə çatdırıb. Ulu öndərin mədəniyyət sahəsində siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan idarə rəisi son dövrdə həyata keçirilən uğurlu layihələrdən, qazanılmış nailiyyətlərdən danışıb.

Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagird və müəllimlərinin konserti maraqla və alqışlarla qarşılanıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.