Digər xəbərlər

"AzerGold" QSC Türkiyəyə humanitar yardım göndərib

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərib.

Faciədən zərər çəkmiş şəxslərin, eləcə xilasedici heyətin zəruri ehtiyaclarının qarşılanması məqsədilə generator, elektrik qızdırıcısı, uşaqlar, qadınlar kişilər üçün isti geyim dəstləri, yataq ləvazimatları s. mal avadanlıqlar Heydər Əliyev Fondunun xətti ilə fəlakət zonasına göndərilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Qeyd edək ki, 6 fevral 2023- il tarixində çoxsaylı insan tələfatı dağıntılarla müşayiət olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qardaş Türkiyəyə könüllü humanitar dəstək tədbirlərinin göstərilməsinə başlanılıb. Bu nəcib çağırışa yüzminlərlə vətəndaş, müxtəlif dövlət özəl müsəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları qoşulublar.

"AzerGold" QSC faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə xalqına, o cümlədən həlak olanların ailələrinə yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, dağıntılar altında qalmış insanların tezliklə xilas olmasını, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.