İngiltərəli alimlərdən yeni kəşf: İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi
Maraqlı

İngiltərəli alimlərdən yeni kəşf: İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir.

"Respublika" bu barədə "Hürriyet"-ə istinadla xəbər verir.

Məlumata görə, keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir. Peyvənd immunitet sistemində qalan xərçəng hüceyrələrini tanımağa və məhv etməyə kömək etmək üçün hazırlanıb.

Məhz bu peyvənd vasitəsilə xərçəng xəstəliyinin bir daha geri dönməyəcəyi düşünülür. 

Nəzrin ELDARQIZI,

"Respublika".