Azərbaycan: yeni düzən, yeni reallıqlar
Siyasət

Azərbaycan: yeni düzən, yeni reallıqlar

Avropa İttifaqı və Ermənistan bu reallıqlarla barışır

"Yaxşı olardı ki, Ermənistan Azərbaycan tərəfləri öz keçid məntəqələrini yaratsınlar. Ermənistanla sərhəddə Laçında Zəngəzur dəhlizinin hər iki tərəfində olmalıdır. Bunun zərurətindən əvvəl danışmışıq, lakin bu gün mən Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu rəsmən bəyan etmişəm biz Ermənistan tərəfdən cavab gözləyəcəyik. Bizim bu mövqeyimiz həm Avropada, həm Amerikada məntiqli kimi qəbul edilir". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev 2023- il fevralın 18- Münxendə Təhlükəsizlik Konfransında bildirmişdir. Doğrudur, İrəvan Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifini qəbul etməmişdi, lakin dövlət başçısının siyasi iradəsi sayəsində Azərbaycan tərəfinin bu təklifi reallaşdı. Aprelin 23- Laçın yolunda nəzarət-keçid məntəqəsi quruldu. Maraqlısı budur ki, Ermənistan bu məsələyə başqa don geyindirməyə çalışsa da, alınmır. Belə ki, mayın 14- Brüsseldə keçirilən beşinci görüşdə Avropa Şurasının Prezidenti Şarl Mişelin bəyanatında bu məsələyə münasibət bildirilməyib, yəni Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsi kimi, nəzarət-keçid məntəqəsinin qurulması da Azərbaycanın daxili işi kimi dəyərləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda bir sıra mesajlar da səsləndirmişdi. Dövlət başçısı Azərbaycanda "Dağlıq Qarabağ" kimi inzibati vahidin olmadığını, tərəfdaşlarımızın Azərbaycanın suverenliyinə Konstitusiyasına hörmətlə yanaşılmasını istəmiş, Azərbaycanda yalnız erməni əhalinin yaşadığı Qarabağ rayonu olduğunu bəyan etmişdir: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır", deyərək onlara heç bir imtiyaz verilməyəcəyini bildirmişdir. Prezident İlham Əliyev, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar bir neçə platformanın olduğunu demiş onlardan biri olan Brüssel formatına Azərbaycanın sadiqliyini bildirmişdir.

Ötən il noyabrın 25- ADA Universitetinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən beynəlxalq konfransda da Azərbaycanın yeni reallıqları müzakirə mövzusu olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev konfransda çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə Ermənistan himayədarları ilə yanaşı, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinə bu mesajı vermişdi: "Düşünürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə düşünürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir".

Mayın 14- Brüssel formatı çərçivəsində danışıqlar da Azərbaycanın maraqlarına uyğun olaraq aparılıb. Çünki dövlət başçısının dediyi kimi, Avropa İttifaqı Şurası, şəxsən Prezident Şarl Mişel vasitəçilik zamanı tərəfkeşlik etmir. Bu formatda keçirilən danışıqlarda əsas istiqaməti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru, itkin düşənlərin taleyi digər məsələlər təşkil edir.

Sayca beşinci görüşdə liderlər Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırılması, sülh sazişini müzakirə ediblər. Danışıqlardan sonra Ş.Mişel yekunlarla bağlı mətbuata açıqlamasında bildirib ki, əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilib. Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəliblər: "...1991-ci ilin Alma-Ata Bəyannaməsinə Ermənistanın 29.800 kvadratkilometr Azərbaycanın 86.600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər", - deyə Ş.Mişel vurğulayıb.

Bu görüş onu göstərdi ki, öhdəliklərin yerinə yetirilməsi fonunda dünya daha çox Azərbaycanın yanında yer almağa başlayır. Elə Brüssel danışıqlarının yekunu ilə bağlı bəyanatında da Şarl Mişel Laçında Azərbaycanın sərhəd nəzarət-keçid məntəqəsini quraşdırmasına toxunmadı. Halbuki, Ermənistan bu məsələnin müzakirə mövzusu edilməsini çox istəyirdi. Həm Ermənistan, həm erməni lobbisi düşünürdülər ki, Azərbaycana keçid məntəqəsi ilə bağlı sanksiyalar tətbiq ediləcək.

Ş.Mişelin bəyanatında kommunikasiyaların açılması məsələsinə toxunulub. Son bir ildə ilk dəfə Naxçıvana dəmir yolunun, avtomobil yolunun açılması ilə bağlı nikbin notlar sezilib.

Mayın 17- Reykyavikdə Avropa Şurasının Dövlət Hökumət Başçılarının 4- Zirvə görüşündə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini bəyan edib. Çıxışı zamanı öz müstəqilliyini əldə etdiyi andan ərazi bütövlüyünün, suverenliyinin pozulması, hərbi işğal faktı ilə üzləşən bir ölkədən, qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilən Azərbaycanın 30 ilə yaxın davam etmiş münaqişənin bitməsindən sonra bölgədə sülh gündəliyinin təşəbbüskarı olduğunu bildirib. Həmçinin regionda sülh təhlükəsizliyin bərqərar olunması üçün postmünaqişə dövründə danışıqlar prosesi çərçivəsində əldə olunmuş uğurların azlığına baxmayaraq, Azərbaycan prosesin irəlilədilməsində qərarlı olduğunu, habelə qarşı tərəfdən eyni yanaşmanı gözlədiyini qeyd edib.

 Bununla yanaşı, Azərbaycanın münaqişə nəticəsində fundamental hüquqlarından məhrum olmuş vətəndaşlarımızın öz yurdlarına qayıdışını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa quruculuq işləri apardığını, habelə erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyası istiqamətində əməli tədbirlər görmək niyyətində olduğunu da vurğulayıb. Nazir, eyni zamanda Ermənistan tərəfindən mina təhdidinin davam etdirildiyini, ermənilərin 30 illik təcavüzü nəticəsində 4000-ə yaxın itkin düşmüş azərbaycanlıdan hələ xəbər olmadığını, Ermənistanın bu istiqamətdə məlumatları bölüşməkdən imtina etdiyini bildirib.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan yeni reallıqlar yaradıb. Bu reallıqlarla Avropa İttifaqı Ermənistan da hesablaşır. Bunu son zamanlar iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı keçirilən görüşlərin yekunları da təsdiqləyir.

Zümrüd QURBANQIZI,

"Respublika".