Aleksey Overçuk: Rusiya Azərbaycan ilə əmtəə dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətindədir
MÜSAHİBƏLƏR

Aleksey Overçuk: Rusiya Azərbaycan ilə əmtəə dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətindədir

Rusiya bu il Azərbaycan ilə əmtəə dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Tatarıstanın paytaxtı Kazanda keçirilən "Rusiya-İslam dünyası" forumunda bildirib.

A.Overçukun sözlərinə görə, 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əmtəə dövriyyəsi 24 faiz artaraq, 4 milyard 170 milyon dollara çatıb. İki ölkənin investisiya portfelində ümumi dəyəri 6 milyard dollar olan 10 iri layihə var.

Rusiya Baş nazirinin müavini əlavə edib ki, Azərbaycan ilə əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub dəhlizinin inşasıdır.