Kotirovka
Reklam və elanlar

Kotirovka

Satınalma üzrə bildiriş

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi üzrə Əlavə Maliyyələşdirmə

Kredit Nömrəsi 9058-AZ

Tenderdə iştiraka dəvət: "e-İcra", "e-Sənəd dövriyyəsi" informasiya sistemlərinin tətbiqini təmin etmək məqsədilə icra, probasiya və digər ədliyyə qurumlarının mövcud binalarında zəruri İKT və elektrik infrastrukturunun qurulması

Fəaliyyətin nömrəsi A.1/2.0.-M-AF

1. Azərbaycan Respublikası Dünya Bankından "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsinin Əlavə Maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və həmin vəsaitlərin bir hissəsinin "e-İcra", "e-Sənəd dövriyyəsi" informasiya sistemlərinin tətbiqini təmin etmək məqsədilə icra, probasiya və digər ədliyyə qurumlarının mövcud binalarında zəruri İKT və elektrik infrastrukturunun qurulması işinə xərclənməsi nəzərdə tutulur. Müqavilə Azərbaycan Respublikası Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir. Tender prosedurları Dünya Bankının satınalma qaydalarına uyğun olaraq həyata keçiriləcəkdir.  

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yuxarıda qeyd olunmuş fəaliyyətin icrası məqsədilə iştirakçıları təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir. Müqavilənin icra müddəti 18 aydır. Tender iştirakçıları aşağıdakı ixtisas göstəricilərinə cavab verməlidir:

a) oxşar funksional/texniki xüsusiyyətlərə malik olan informasiya sistemlərinin tərtib edilməsi, quraşdırılması və texniki xidmətin göstərilməsi sahəsində son üç il ərzində ümumi dəyəri ən azı 12 500 000,00 (on iki milyon beş yüz min) ABŞ dollarına bərabər və ya ən azı birinin dəyəri    4 000 000,00 (dörd milyon) ABŞ dollarına bərabər bir, iki və ya üç müqavilənin olması; b) son üç il ərzində minimal orta illik dövriyyə ən azı 15 500 000,00 (on beş milyon beş yüz min) ABŞ dolları və c) likvid vəsaitlərinin minimal məbləği 3 500 000,00 (üç milyon beş yüz min) ABŞ dollarına bərabər olması.

3. Tender Dünya Bankının "İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları)" (iyul 2016-cı il, noyabr 2017-ci il və avqust 2018-ci il tarixli) təlimatlarında göstərilmiş Tender Təkliflərinə Dəvət (TTD) satınalma üsuluna uyğun aparılacaqdır və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.

4. İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 250 AZN məbləğində və ya ona bərabər olan digər sərbəst dönərli valyutada geri qaytarılmayan tenderdə iştirak haqqını ödəməklə Tender Şərtlər Toplusunu ingilis dilində aşağıdakı ünvanda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsinin Əlavə Maliyyələşdirilməsi üzrə İcra Qrupu, AZ1073, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Bakı, Azərbaycan, tel.: (994-12) 510 85 60, faks: (994-12) 510 76 72, elektron ünvan: [email protected], [email protected] əldə edə bilərlər). Tender sənədinin pdf versiyasını aşağıdakı linkdən yükləmək olar: www.courts.gov.az

Azərbaycan Beynəlxalq Bankı, Nəsimi filialı

Kod: 805614

VÖEN (bank): 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S. W. I. F. T. Bik: IBAZAZ 2X

Hesab nömrəsi (ABŞ dolları):

AZ17IBAZ38190018402016559207

Hesab nömrəsi (manat): AZ27IBAZ38090019442016559207

VÖEN: 1300286111 

Tender sənədləri kuryer xidməti və ya elektron poçt vasitəsilə göndərilə bilər.

5. Tender təklifləri yuxarıda göstərilən ünvana 15 dekabr 2021-ci il tarixdə Bakı vaxtilə saat 15:00-dək çatdırılmalıdır. Gec təqdim olunmuş təkliflər qəbul edilmir. 

6. Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunda iştirak etmək arzusunda olan iştirakçılar və (və ya) onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə göstərilən ünvanda 15 dekabr 2021-ci il tarixdə Bakı vaxtilə saat 15:01-də açılacaqdır.

7. Tender təklifləri 350 000,00 (üç yüz əlli min) ABŞ dolları məbləğində və ya bu məbləğə bərabər olan digər sərbəst dönərli valyutada bank zəmanəti ilə təmin olunmalıdır. İştirakçılar əlavə məlumatları iş günləri 09:00-dan 18:00-dək yuxarıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.