Zəngilan və Alıbəyli kəndlərinin sakinləri ilə görüş
Sosial həyat

Zəngilan və Alıbəyli kəndlərinin sakinləri ilə görüş

İşğaldan azad edilmiş kəndlərimizə qayıdan keçmiş məcburi köçkünlərlə müntəzəm iş aparılır, onların qayğı və problemləri həll edilir. Bu günlərdə həmin kəndlərin və tikintisi nəzərdə tutulan yaşayış məskənlərinin sakinləri ilə növbəti görüş keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən görüşdə Zəngilan rayonunun Alıbəyli və Zəngilan kəndlərinin sakinləri iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, tədbirin məqsədi kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və onun ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.

Nəriman Cavadov,

“Respublika”.