Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi
Sosial həyat

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

Ağdam

Quzanlı qəsəbəsindəki Heydər Əliyev mərkəzində Konstitusiya günü münasibətilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil edilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının üzvləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dəyirmi masada rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib.

Salman Alıoğlu,

“Respublika”.