Yunanıstanda meşə yanğınları Afinaya yaxınlaşıb
Dünya xəbərləri

Yunanıstanda meşə yanğınları Afinaya yaxınlaşıb

Yunanıstanda meşə yanğınları paytaxt Afina yaxınlığına çatıb.

"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, şəhər ətrafında Kifissiya ərazisində yanğın küləyin güclənməsi səbəbindən sürətlə yayılıb. Bu yanğının söndürülməsinə bir neçə helikopter və yanğınsöndürmə briqadası cəlb olunub.

Bundan başqa, Volos şəhəri yaxınlığında meşə yanğınlarının yayılması hələ də dayandırılmayıb. Buna görə, ən işlək magistrallardan birinin müəyyən hissəsi bağlanıb, dəmiryol nəqliyyatının hərəkəti fasilələrlə davam edir.

Qeyd edək ki, Rodosda artıq 10-cu gündür ki, yanğınla mübarizə aparılır. Həmçinin Evbeya adasında da yenidən yanğınlar başlayıb.

Nəzrin ELDARQIZI,

"Respublika"