Zelenski dövlət rəsmilərinə xəbərdarlıq edib
Dünya xəbərləri

Zelenski dövlət rəsmilərinə xəbərdarlıq edib

Yuri Aristovun Ukrayna parlamentindən istefaya göndərilməsindən sonra Prezident Volodimir Zelenski digər rəsmilərə də xəbərdarlıq edib. 

"Respublika" xəbər verir ki, bu barədə Reuters informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Zelenskinin sözlərinə görə, işindən yayınaraq istirahətə getmək istəyənlər vəzifələrindən kənarlaşdırılacaqlar. 

Qeyd edək ki, iyulun 27-də iqtidar partiyanın deputatı, Ali Radanın milli təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Yuri Aristov mandatından məhrum edilib. Səbəb xaricə səyahətlə bağlı məhdudiyyətlərin qüvvədə olmasına baxmayaraq, deputatın iyunda ailəsi ilə birlikdə Maldiv adalarında istirahət planlaşdırması olub. 

Jalə QASIMZADƏ, 
“Respublika”.