Yenilməz, peşəkar və müzəffər Ordumuz
Siyasət

Yenilməz, peşəkar və müzəffər Ordumuz

Silahlı Qüvvələrimiz ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək qüdrətinə malikdir

Müasir hərb tariximizin zəfər salnaməsinin ilk müjdəsi olan Aprel döyüşlərindən artıq yeddi il ötür. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli sərkərdəliyi, qəhrəman əsgər zabitlərimizin peşəkarlığı şücaəti sayəsində dördgünlük döyüşlərdə qazanılan möhtəşəm qalibiyyət Ermənistan ordusu haqqında uzun illər yaradılmış mifləri darmadağın etdi. Xalqımızın inamını, birliyini mübarizlik ruhunu daha da gücləndirdi. Beləliklə, dördgünlük Aprel döyüşləri dörd il sonra 44 günlük tarixi Zəfər yürüşünə parlaq işıq saldı. Aprel zəfərindən sonra Naxçıvanda Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi işğaldan azad olundu, Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu.

Nəhayət, 2020-ci il sentyabr ayının 27- başlanan 44 günlük Vətən müharibəsi işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Hərbçilərimizin, əsgərlərimizin qəhrəmanlığı yüksək səviyyədə peşəkarlığı ön xəttin yarılmasında böyük rol oynadı. "Dəmir yumruq" əməliyyatı ilə başlayan bu müharibə göstərdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca amilidir. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin xalqımızın qələbə əzminin əyani təsdiqidir.

Azərbaycan işğalçı Ermənistan arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanatın imzalanması ilə məğlubiyyətini qəbul edən bədnam qonşumuz üzərinə götürdüyü öhdəlikləri hələ yerinə yetirməyib. Qanunsuz erməni hərbi birləşmələri bu günədək Qarabağdan çıxarılmayıb. Separatçılar davamlı təxribatlar törədirlər. Beynəlxalq ictimaiyyət sülh sazişinin imzalanmasında maraqlıdırsa, Ermənistanı təxribatlara son qoymağa prosesin pozulmasına yönəlmiş addımlardan çəkinməyə məcbur etməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ay ABŞ-ın dövlət katibinin vasitəçiliyilə Münxendə keçirilən görüşdə "həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır" təklifini rəsmi olaraq irəli sürüb. Amma Bakının ABŞ tərəfindən dəstəklənən rəsmi təklifinə hələ İrəvanın birmənalı cavabı yoxdur, ən müxtəlif bəhanələrlə bundan yayınır. Üstəlik, Laçın-Xankəndi yolunun guya bağlı olması barədə hər gün dünyaya yalan məlumatlar ötürür. Azərbaycan Prezidenti İlham Əliyev Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunub qeyd edib ki, yolun bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır.

İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlardan danışan dövlət başçımızın Ermənistana ona havadarlıq edən dövlətlərə mesajları da olduqca önəmlidir. Cənab Prezident qətiyyətlə bildirib ki, "Bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik". Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Bu, kifayət qədər qətiyyətli prinsipial mövqe öz müsbət nəticəsini verməkdədir. Ordumuzun növbəti uğurlu əməliyyatları bunun real təzahürüdür.

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu bu marşrutdan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunu hərəkətə keçirdi. Neçə müddətdir ki, bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat təchizatını həyata keçirmək üçün istifadə olunduğu qeydə alınırdı. Buna qədər Azərbaycan Rusiya sülhməramlılarına çoxsaylı müraciətlər etsə , ermənilərin qeyri-qanuni əməlləri davam edirdi. Təbii ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat canlı qüvvə daşınmasına həmişə göz yummaq niyyətində deyildi bu haqda dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq edilmişdi. Buna görə Azərbaycan separatçılara qarşı özü hərəkətə keçdi ermənilərin silah daşıdığı bütün yollar nəzarətə götürüldü. Bundan əlavə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında mühəndis cəhətdən səngərin hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Azərbaycan bəyan edib ki, baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür.

Ali Baş Komandan İlham Əliyev deyib: "Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

Mustafa KAMAL,

"Respublika".