YENİ  “MANDARİNNART
Region

YENİ  “MANDARİNNART" HOTELİ

Paytaxtda yaşamasına baxmayaraq gənc sahibkar Anar Mahmudov doğma Astaranın sosial və mədəni inkişafına öz töhfəsini verməyi qərara alıb. Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə rayonda yeni bir layihəni reallaşdırıb. Üçmərtəbəli butik hotel Avropa standartlarına uyğun inşa edilib. Delyuks, lyuks və standart otaqlarda xarici ölkələrin istehsalı olan mebel və avadanlıqlar quraşdırılıb. Burada restoran, SPA və fitnes mərkəzi, açıq hovuz, uşaq əyləncə meydançası və yay amfiteatrının fəaliyyəti üçün lazımi şərait yaradılıb. Hotel eyni vaxtda 120 nəfərə xidmət göstərmək imkanına malikdir.

"Mandarinnart" hotelinin açılışı münasibətlə keçirilən mərasimdə hotelin direktoru Anar Mahmudov çıxış edərək bildirib ki, iş adamlarının etibarlı himayədarı olan Prezident İlham Əliyevin yüksək qayğısı sayəsində ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev möhtərəm Prezidentimizin ölkədə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına davamlı şəkildə qayğı göstərdiyini, son üç ildə təkcə Astara rayonunun iqtisadiyyatına 20 milyon manatdan çox investisiya qoyulduğunu söyləyib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".