Yeni çağırışlar: “yaşıl enerji” zonaları
İQTİSADİYYAT

Yeni çağırışlar: “yaşıl enerji” zonaları

Zəngin potensiala malik ölkəmizdə böyük enerji mənbələri yaradılır

Ölkəmizdə mövcud sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti böyük enerji potensialı bərpaolunan enerji növlərinin istehsalı ixracı sahəsində geniş perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb.

Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilib. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən nəticələrə hesablanmış əməkdaşlıq qarşılıqlı dəstək ölkəmizin daimi prinsipləridir. Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılması sahəsində mühüm nailiyyətlərə imza atılır. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır onu gücləndirir. "Biz Laçın Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağıq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin edilən Prezidentin xüsusi nümayəndəsini qəbul edərkən deyib.

Ölkə başçısı bildirib ki, indi Laçın, Kəlbəcər, Zəngilan digər rayonlarda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur, bu layihə həyata keçirilmişdir. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq əsas hədəflərdəndir. İşğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzurun 10 min meqavat üzərində günəş, su külək enerjisi olmaqla bərpaolunan enerji potensialı var. Bu da kifayət qədər böyük bir göstəricidir. Artıq su elektrik stansiyalarının bərpa olunması, ərazidə külək günəş enerjisi istehsalı ilə məşğul olacaq xarici partnyorların dəvət olunması, BP Səudiyyə Ərəbistanın "ACWA Power" şirkətinin cəlb edilməsi "yaşıl energetika" sahəsində böyük imkanlarımızdan xəbər verir.

Qarabağ Şərqi Zəngəzur bölgələri artıq "yaşıl enerji" zonası elan olunub. Bu bölgədə yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Qarabağ Şərqi Zəngəzurda "yaşıl enerji" 10 min kvadratkilometr ərazini əhatə edir. "Yaşıl enerji zonası"nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal digər bərpaolunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə mövcud resurslardan istifadə etməklə külək günəş enerji stansiyalarının həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz "yaşıl enerji" layihələrinə üstünlük verilir. İlkin qiymətləndirməyə əsasən, ərazinin günəş enerjisi potensialı 7 200 MVt külək enerjisi potensialı 2 000 MVt olaraq müəyyən edilib. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni, illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır.

Aprelin 3- Bakıda Energetika Nazirliyinin, İxracın İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-ABŞ "Yaşıl Enerji" Forumunda da bildirilib ki, Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün doğru zaman seçimi, uzaqgörən siyasi qərar qətiyyətli addımlarının ardıcıllığı, bir-birini tamamlaması nəinki özümüzün, eyni zamanda tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir "yaşıl enerji" problemsiz keçidə təminat yaradır. Forumda bərpa olunan enerji sahəsində strateji hədəflər, görülən genişmiqyaslı işlər reallaşdırılan layihələr haqqında məlumat verilib. 8 ay ərzində "Masdar", "ACWA Power" "Fortescue Future Industries" şirkəti ilə 25 QVt həcmində "yaşıl enerji" layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. 2040- ilə qədər mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər Naxçıvan "yaşıl investisiya" üçün ən cəlbedici məkanlardır. Həmçinin Naxçıvanın zəngin günəş enerjisi potensialı, "yaşıl enerji" mərkəzinə çevirilməsi burada 1500 MVt gücündə xarici investisiya layihələri ilə bağlı planlar haqqında danışılıb, ümumilikdə ölkə üzrə yaradılacaq yaşıl güclərin əhəmiyyətli bir hissəsinin Türkiyə Avropa istiqamətində ixrac edilə biləcəyi qeyd olunub. ABŞ-ın ticarət departamenti, habelə özəl sektoru Azərbaycana bərpa olunan enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü tapşırıqları ilə bərpa edilməsi yenidən qurulması orada "ağıllı şəhər" "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü qüdrətini nümayiş etdirir. 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir vaxtilə burada bir çox stansiyalar olub. Lakin Ermənistan kapitulyasiyadan sonra su elektrik stansiyalarını darmadağın edib, 34 stansiyanın avadanlığını çıxarıb, stansiyaların binaları, o cümlədən Güləbird Su Elektrik Stansiyası düşmən tərəfindən dağıdılıb. Ancaq dövlət başçısının verdiyi tapşırıqlar qısa müddət ərzində yerinə yetirildi. 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyası azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyası oldu.

Azərbaycan Prezidenti İlham Əliyev martın 13- Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib ki, Qarabağ Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvan böyük ixrac potensialına malikdir. Daha bir diqqətçəkən mühüm məqamı da qeyd etmək lazımdır. Belə ki, ölkəmiz Türk Dövlətləri Təşkilatı ölkələrini Qarabağ Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi prosesində iştiraka dəvət edir. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələrinin, həmçinin Azərbaycandan "yaşıl enerji"nin tədarükü layihəsinin genişləndirilməsi ilə yanaşı, türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığa yeni təkan verib. Qarabağın "yaşıl enerji zonasına" çevrilməsi çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanmışdır. Müqavilədə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal bioenerji kimi bərpaolunan enerji potensialından istifadə edilməsi nəzərdə tutulur.

Dünya neft enerji sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan, həmçinin müxtəlif ölkələrdə genişmiqyaslı investisiya layihələri həyata keçirməkdədir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmizin mövqeyi daha da güclənir. Bu prosesdə enerji resurslarının diversifikasiyası, dekarbonizasiya, eləcə təbii qazdan aşağıkarbonlu enerji mənbəyi kimi istifadənin artırılması xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu "yaşıl enerji" layihələrinin həyata keçirilməsi regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir.

Mustafa KAMAL,

"Respublika".