Sahibkarlarla görüş
İQTİSADİYYAT

Sahibkarlarla görüş

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mütəmadi olaraq sahibkarların bilik və bacarıqlarının artırılması, məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahədə fəaliyyətdə olan sahibkarlar arasında əlaqələrin qurulması, sahibkarların üzləşdiyi çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərinin iştirakı ilə görüşlər keçirilir.

Şirvan KOB Dostunun təşkilatçılığı ilə Şirvan şəhəri və Hacıqabul rayonundan olan bir qrup sahibkarlarla "Güzəştli maliyyə resurslarına çıxışla bağlı yaranan çətinliklər" mövzusunda Hacıqabul rayonunda yerləşən "Qədir-Xum" istirahət mərkəzində sahəvi görüş keçirildi. Əvvəlcə sahibkarlar KOBİA-nın yaranmasının 5 illiyinə həsr olunmuş videoçarxı izlədilər. Görüşdə Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit İnkişaf Agentliyinin, Azad Sahibkarlar Konfederasiyasının, müvəkkil bankların, Şirvan şəhər və Hacıqabul Rayon İcra hakimiyyətlərinin məsul əməkdaşları iştirak etdilər. Dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırıldı.

"Respublika".