Azər Türk Bankın xalis mənfəəti artıb
İQTİSADİYYAT

Azər Türk Bankın xalis mənfəəti artıb

Cari ilin 9 ayında Bank 728,6 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən dəfələrlə çoxdur.

Azər Türk Bankın yaydığı məlumata görə, 01 oktyabr 2021-ci il tarixinə Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq, 368 milyon manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 197,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 23 % yüksəkdir. Ümumi gəlirlər 24,4 milyon manat, xərclər 23,7 milyon manat olmuşdur.

2021-ci ilin 9 ayında Bank 728,6 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən dəfələrlə çoxdur. Məcmu kapitalın həcmi 51,6 milyon manat olmuşdur.

 Məlumatda qeyd edilib ki, məcmu kapitalın adekvatlığı 26 %, leverec əmsalı 12,9 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir. Cəmi bank öhdəliklərinin həcmi 5,5% artımla 311 milyon manat təşkil etmişdir.

Bank 133,2 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 41,3 milyon manatı əhalinin əmanətləridir. Banka aid aktiv plastik kartların sayı il ərzində 60%-ə qədər artmaqla, 104 min ədəd olmuşdur.

Azər Türk Bank müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% artaraq, 153 min nəfərə çatmışdır.

Məlumatda bildirilir ki,  1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur

Bəybala  BƏYBALAYEV,

“Respublika”.