“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirici təlimlər
Ekologiya

“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirici təlimlər

Meşə yanğınlarının qarşısının alınması məqsədilə Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Şabran və Siyəzən rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.

FHN-nin mətbuat xidmətindən bildirirlir ki, təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Respublika”.