Yalançı, hiyləgər, casus
Digər xəbərlər

Yalançı, hiyləgər, casus

Qarabağın qədim yaşayış məskənlərindən biri olan Xankəndi Azərbaycan torpağında yerləşir. Adından da göründüyü kimi, Qarabağ xanlığının banisi Pənahəli xanın təbəəsində olan kəndlərdən biri olub. Ermənilər isə Qarabağa XVIII əsrin əvvəllərində çar Rusiyası tərəfindən köçürülüb. Bu səfalı yerlərdə məskunlaşan ermənilər adətləri üzrə sığındıqları torpaqlarda yerli əhali olan azərbaycanlılara qarşı xəyanət ediblər.

Xankəndi xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində inkişaf edib, elm mərkəzinə, sənaye zonasına, müasir bir şəhərə çevrilib. Əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olub. Şəhərin ətrafında isə Kərkicahan, Kosalar və digər azərbaycanlı kəndləri yerləşib. Yer, yurd adları qədim türk toponimləri ilə adlandırılıb. Bir daha xatırladaq ki, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə həsr edilən obelisk Marquşavan kəndində ucaldılmışdı və sonradan ermənilər tarixin sərt üzünə dözməyərək həmin obeliski uçurdublar. Lakin tarixin canlı qalıqları indi də durur və erməni cinayətlərindən xəbər verir.

1988-ci ildə "miatsum" qışqıran separatçı ermənilər sonradan öz müqəddəratını təyinetmə hüququndan dəm vurdular, Azərbaycanın çörəyini yesələr də ona arxa çevirdilər, silahlı qarşıdurma yaratdılar, Qarabağın dinc torpaqlarına terror, müharibə, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı gətirdilər. Xankəndidəki keçmiş ittifaqın 366-cı alayının texnikaları və canlı qüvvələri hesabına pənah gətirdikləri, sığındıqları torpaqları işğal etdilər, azərbaycanlı əhalini öz dədə-baba yurdlarından didərgin saldılar, qadınları, uşaqları, xəstələri, qocaları qətlə yetirdilər. 30 ilə yaxın himayədarlarının və qoltuğuna sığındıqları dövlətlərin hesabına torpaqlarımızı işğal altında saxlayaraq təbii sərvətlərimizi talan etdilər. İnsanlığa yaraşmayan bu ağır cinayətləri törədən ermənilərin haqsızlığına dözməyən və tarixi ədalətsizliyi bərpa edən Azərbaycan xalqı öz lideri, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yadelli işğalçıları qovdu. Belə ağır və sarsıdıcı zərbələrdən sonra öz qınına çəkilən ermənilərin yeni "xilaskar"ı peyda oldu. İrəvanda doğulan, Rusiya vətəndaşı olan (ermənilərin vətəni olmayıb) qazandığı milyonları Qərbin və ABŞ-ın sanksiyalarından qorumaq üçün erməni hiyləgərliyi ilə Xankəndidə qaçıb gizlənən R.Vardanyan adlı birisi xalqın "mübarizə"sindən dəm vurur. Özünün dediyinə görə, Qarabağda son iyirmi ildə 89 "layihə" həyata keçirən Vardanyan itirdiyi pulları geri qaytarmaq ümidilə Xankəndiyə gələrək "Qızılbulaq"dakı qızıl və "Dəmirli"dəki mis-molibden yataqlarını qanunsuz istismar etməyə girişdi, erməniləri süd gölündə üzdürəcəyini bildirdi, böyük hay-küylə danışmağa başladı. Bu oğru və cinayətkarın xəbis niyyətinə, təbii sərvətlərimizin talan edilməsinə qarşı azərbaycanlı ekofəalların və könüllülərin başladıqları etiraz aksiyaları Vardanyanın şar kimi şişirdilən xəyallarına iynə kimi sancıldı. Özünü "dövlət naziri" və "120" minlik xalqın vəkili kimi aparan bu dələduzun heç bir əndazəyə sığmayan sözləri onu göstərir ki, batırdığı pulların əvəzini çıxa bilməyən saxtakar indi "qəhrəman" olmaq iştahasına düşüb, dili topuq vura-vura xarici informasiya vasitələrinə "müsahibə"lər verir. Elə bu günlərdə BBC telekanalında "HARDtalk" proqramına qonaq olan Vardanyan ədəbazlıqla min illər (?!) boyu bu yerlərdə yaşayan ermənilərdən danışmaq istəyəndə aparıcının çarpaz və məntiqli sualları qarşısında dili dolaşdı, hansı dövlətin casusu olduğunu büruzə verdi, Qarabağ ermənilərinin bu gün "blokada" şəraitində yaşaması barədə növbəti dəfə yalan danışmağa cəhd etsə də, sözü yarımçıq kəsildi. Qeyd edək ki, həmin müsahibə əsassız, yalan, saxta ifadələri əks etdirir, BBC-nin mikrofonu qarşısında rəzil duruma düşən Vardanyanın Azərbaycana, o cümlədən onun Qarabağ bölgəsinə heç bir aidiyyəti yoxdur. Hazırda o, rəsmi olaraq heç bir dövlətin vətəndaşı da deyil.

Aparıcının bilirsiniz, Dağlıq Qarabağdakı kiçik icmanızda adamlar var, hesab edirlər ki, sizin "dövlət naziri" təyinatınız pis və qorxulu bir vəziyyət yaradıb. Bella Lalayan deyir ki, siz onlara daha böyük problemlər yaratmısınız və təhlükəsizliklərini zərbə altında qoymusunuz. Bir çoxu da hesab edir ki, siz getməlisiniz, özü də elə indi getməlisiniz - sözləri Vardanyanın sifətinə bıçaq kimi sancıldı. Vardanyanın BBC-yə verdiyi müsahibə isə onun əsl simasını və kimə xidmət etdiyini çılpaqlığı ilə növbəti dəfə üzə çıxardı. Talançı Vardanyan anladı ki, o, əslində Qərb üçün rusiyalı oliqarxdır, Ukraynada müharibə başlayandan sonra hansısa yolla milyardlarla pul qazanan adamdan başqa bir şey deyil.

Tanınmış erməni bloger, jurnalist Roman Baqdasaryanın sosial media üzərindən Ruben Vardanyana ünvanladığı ritorik suallarla, sülhməramlıların müvəqqəti nəzarət zonasındakı etnik ermənilərin guya blokadada, humanitar böhran vəziyyətilə üz-üzə olduqları ilə bağlı uydurma, heç bir əsası olmayan, reallığı əks etdirməyən dezinformasiyalarına reaksiyası diqqət çəkir. Bloger sual verir ki, cənab Vardanyan, əgər Qarabağ dediyiniz kimi, blokadadırsa, bəs siz niyə arıqlamırsınız? Baxıram ki, heç bir az da arıqlamamısınız. O adam arıqlayar ki, öz ağzından kəsib, acından ölənlərin ailələrinə verir. O adam arıqlayır ki, naharda yeməyini heç nəyi olmayanlara verir. Haqlı və sərt sözlərdir, nə demək olar...

Qarabağdakı qondarma qurumun "keçmiş səhiyyə naziri" Mikael Ayriyan feysbuk səhifəsində yazır ki, bir neçə ay əvvəl Ruben Vardanyan nümayişkaranə şəkildə Rusiya Federasiyasının vətəndaşlığından imtina etdi və "bizi xilas etmək" üçün Qarabağa gəldi. Vardanyan mümkün riskləri və problemləri dəyərləndirmədən, heç bir geosiyasi mərkəzdən dəstək almadan Qarabağa köçdü. O, yəqin ki, müəyyən qüvvələrə xidmət etmək və başqa uzaq məqsədləri üçün bura gəlib və bizim "ikinci prezident"imiz təyin olundu. Cəmi üç aydan sonra biz aşağıdakılara əmin olduq ki, o, bir neçə çıxışı ilə Qarabağın iqtisadiyyatını, "dövlət" quruluşunu məhv etdi. Hamını müqavimət gücünün azalması həddinə qədər zəiflətdi. Bu vəziyyətin kimə sərfəli olduğu göz qabağındadır. Hazırda ölkəmizə dəyən ziyan milyonlarla dollara çatır.

Əslən yəhudi olan müstəqil jurnalist, şərhçi Roman Çıpin ermənilərə müraciətlə yazır ki, amma siz namərdlik etdiniz. Sizə türklər torpaq verdilər. Hələ XV əsrdə hayları yunanlar qırmağa başladılar. Türklər gəlib sizi xilas etdilər. İndi siz bunları nə tez unutdunuz?! Siz suriyalılardan qaçdınız. Hara qaçdınız? Bizansa qaçdınız. Orada isə sizi yunanlar qırdılar. Tarixdə ilk dəfə olaraq sizə torpaq verdilər. Türklər sizi qorudular. Əgər səhv etmirəmsə, 1498-ci ildə türklər sizə Vanda torpaq verdilər, cənab ermənilər. Yox, cənab haylar. Onda siz erməni adlandırılmamışdınız. Onda hələ bilmirdiniz ki, siz ermənisiniz. Onda siz hansı dildə yazırdınız?! Yunan, türk və başqa dillərdə yazırdınız. XVIII əsrə qədər siz öz dilinizdə bir kəlmə də olsun yazmırdınız. Görün, ermənilər nə edir? Onlar üçün müqəddəs heç nə yoxdur. Ruslar onlara torpaq verdilər, hər şey verdilər. Bəs onlar əvəzində nə etdilər?! Rusları söyürlər, aşağılayırlar. Onlar ümumiyyətlə, heç kimə ehtiramla yanaşmırlar. Ermənilər arasında kişi yoxdur. Siz kişi deyilsiniz. Siz əski parçasısınız. Siz bir-birinizə boş-boş "böyük Ermənistan" nağılı danışırsınız.

Bax elə buna görə də keçmiş Dağlıq Qarabağda ermənilərin böyük əksəriyyətinin yad hesab etdikləri Vardanyan dəvədən yıxılan adam kimi nə sayıqladığının fərqində deyil və tipik boşboğaz ermənidir.

Salman ALIOĞLU,

"Respublika".