XX əsrin ən böyük 10 ailimi
Elm

XX əsrin ən böyük 10 ailimi

XX əsr tarixə texnoloji inkişaf və elmin bütün sahələrində qeyri-adi sıçrayışla yadda qaldı. Texnoloji əsrin çiçəklənmə dövründə dünyagörüşümüzün və dünyanı dərk etməyimizin formalaşması alimlərin əməyinin nəticəsidir. Biz böyük sürətlə inkişaf edən mütərəqqi dünyada yaşayırıq. Bu inkişaf və tərəqqi elmin, çoxsaylı araşdırmaların və təcrübələrin məhsuludur. İstifadə etdiyimiz hər şey, o cümlədən avtomobillər, elektrik enerjisi, səhiyyə və elm bu ziyalıların ixtira və kəşflərinin nəticəsidir. Əgər bəşəriyyətin ən böyük ağılları olmasaydı, biz hələ də orta əsrlərdə, bəlkə də lap daş dövründə yaşayardıq. İnsanlar hər şeyi təbii qəbul edirlər, amma yenə də sahib olduqlarımıza görə olanlara hörmət etməyə dəyər. Bu yazıda ixtiraları həyatımızı dəyişdirən XX əsrin ən böyük on alimini tanıyacağıq.

Albert Eynşteyn (1879-1955)

Alman fiziki, nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı (1921), ictimai xadim. Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926).

Albert İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsil alıb. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edib və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayıb. 1911-ci ildə Praqa Universitetində fizika professoru olub. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərib. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayıb. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edərək ABŞ-yə köçüb və Prinston Universitetində professor kimi çalışmağa başlayıb. 1940-cı ildə Amerika vətəndaşı olub, 1945-ci ildə təqaüdə çıxıb.

Albert Eynşteyn 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verib. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirib və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparıb. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dəki bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırıb.

Eynşteyn 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatına layiq görülüb.

Eynşteyn fizika üzrə 300-dən çox elmi məqalənin, həmçinin fəlsəfə və elm tarixi, publisistika və digər sahələrə aid 150-yə yaxın kitab və məqalənin müəllifidir. O, bir neçə fundamental fiziki nəzəriyyənin müəllifidir:

  • Xüsusi Nisbilik Nəzəriyyəsi (1905).
    • Onun çərçivəsində - Kütlə və enerjinin ekvivalentliyi qanunu: E = mc2
  • Ümumi Nisbilik Nəzəriyyəsi (1907-1916).
  • Fotoelektrik effektin kvant nəzəriyyəsi.
  • İstilik tutumunun kvant nəzəriyyəsi.
  • Boze-Eynstein kvant statistikası.
  • Mühitdə termodinamik dalğalanmalara işığın səpilmə nəzəriyyəsi və s.

O, həmçinin qravitasiya dalğalarını və “kvant teleportasiyasını” proqnozlaşdırmış, giromaqnit Eynşteyn-de Xaaz effektini proqnozlaşdırmış və ölçmüşdür. 1933-cü ildən kosmologiya və vahid sahə nəzəriyyəsi problemləri üzərində işləyib.

Eynşteyn yeni fiziki anlayışların və nəzəriyyələrin populyarlaşması və elmi dövriyyəyə daxil edilməsində həlledici rol oynayıb. İlk növbədə, bu, məkan və zamanın fiziki mahiyyətinin dərk edilməsinə yenidən baxılmasına və Nyuton nəzəriyyəsini əvəz edəcək yeni cazibə nəzəriyyəsinin yaradılmasına aiddir. Eynşteyn Plankla birlikdə kvant nəzəriyyəsinin əsasını qoyub.

Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

Mariya Küri (1867-1934)

Polşa və Fransız eksperimental alim (fizik, kimyaçı), müəllim, ictimai fəal. Paris Universitetində ilk qadın müəllimdir. Fizika (1903) və kimya (1911) üzrə Nobel mükafatlarına layiq görülüb, tarixdə ilk qadın Nobel mükafatçısı və tarixdə ilk ikiqat Nobel mükafatçısıdır. Paris Tibb Akademiyasının ilk qadın üzvüdür. Həyat yoldaşı Pyer Küri və Antuan Henri Becquerel ilə birlikdə o, radioaktivliyi kəşf etmişdir və “radiaoaktiv termininin müəllifidir. Əri ilə birlikdə radium (Latıncadan - "şüa") və polonium (Latıncadan - Polşa, Mariya Sklodovskanın vətəninin şərəfinə) elementlərini kəşf edib. Pyer və Mariya Küri, Antuan Henri Becquerel ilə birlikdə həm də fizika sahəsində ilk fransız Nobel mükafatçılarıdırlar.

Mariya Küri süni radioaktivliyin kəşfindən bir neçə ay sonra, 1934-cü ildə şüalanmanın doğurduğu qan xərçəngindən (leykemiya) dünyasını dəyişdi. O, radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olduğu üçün radium elementini üzərində talisman kimi gəzdirərmiş.

 

Nikola Tesla (1856-1943)

Müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika fiziki, futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı.

Tesla 1884-cü ildə ABŞ-nin Nyu-York şəhərinə Tomas Edisonun şirkətində işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator qısa müddət ərzində lisenziyalaşdırıl.

Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu-Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatlarla çıxış etmişdir. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparıb. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.

Radionu nümayiş etdirdikdən və "Cərəyanlar müharibəsi"ndə qalib gəldikdən sonra Tesla görkəmli elektrik mühəndisi və ixtiraçı kimi tanındı. Teslanın ilk işi müasir elektrik mühəndisliyinə yol açdı və onun ilk kəşfləri yenilikçi idi. ABŞ-da Tesla həm tarixdə, həm də populyar mədəniyyətdə istənilən ixtiraçı və ya alimlə şöhrət uğrunda yarışa bilərdi.

İxtiraçının şərəfinə maqnit axınının sıxlığının ölçü vahidi (maqnit induksiyası) tesla adlandırılmışdır.

 

Nils Henrik David Bor (1885-1962)

Danimarkalı fizik, müasir fizikanın banilərindən biri. Atomun ilk kvant nəzəriyyəsini hazırlamış, atomun quruluşu və kvant mexanikasının əsaslarının işlənilməsində iştirak etmişdir. Eyni zamanda atom nüvəsi nəzəriyyəsi və nüvə reaksiyaları məsələlərinə, elementar hissəciklərin ətraf mühitlə qarşılıqlı təsir proseslərinin inkişafına fundamental töhfələr vermişdir. O həmçinin Manhetten layihəsi üzərində işləmiş fiziklər qrupuna daxil idi.

Əsası atomun planetar modeli, kvant təsəvvürlər və özü tərəfindən irəli sürülən postulatlarına əsaslanan atom nəzəriyyəsini hazırlayıb, metal nəzəriyyəsi, atom nüvəsi və nüvə reaksiyaıları sahəsində fundamental işlər görüb. Atom bombası əleyhinə mübarizənin aktiv iştirakçısı və atomun quruluşunun öyrənilməsində göstərdiyi xidmətlərə görə fizika üzrə Nobel mükafatına layiq görülür. 1936-cı ildə Bor nüvə fizikasında nüvə reaksiyalarının baş vermsəsi xaraketini izah edən nüvə modelini təklif edib. 1939-cu ildə isə C.A.Ulerlə birgə böyük miqdarda nüvə enerjisinin ayrılması ilə müşahidə olunan nüvənin parçalanma nəzəriyyəsini işləyib. 1940-50-ci illərdə Bor elementar hissəciklərin mühitlə qarşılıqlı əlaqəsi məsələləri ilə məşğul olub.

Nisl Bor Kopenhagen Nəzəri Fizika İnstitutunun yaradıcısı (1920) (hal-hazırda Nils Bor İnstitutu) və rəhbəri olub, dünya şöhrətli elm məktəbinin əsasını qoyub. O, böyük fiziklər məktəbi yaradıb və bütün dünya fizikləri arasında əməkdaşlığın inkişafına misilsiz töhfələr verib. Bor institutu dünyanın ən mühüm elmi mərkəzlərindən birinə çevrilib. Bu məktəb özündə dünyanın hər bir güşəsindən olan fizik-alimləri birləşdiririb. Dahi fizikimiz Landau da Bor insitutunda çalışıb və Boru özünün yeganə müəllimi hesab edib.

 

Dmitri Mendeleyev (1834-1907)

Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı. İmperator Sankt-Peterburq Universitetinin professoru, İmperator Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü. Dünyanın ən məşhur və ən önəmli kəşfləri arasında kainatın əsas qanunlarından biri olan, bütün təbiət elminin ayrılmaz hissəsi olan kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı. “Kimyanın əsasları” adlı klassik əsərin müəllifi.

Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli zənginləşdirmişdir.

Məşhur kimyaçı M.Cua yazırdı: "O, dünyanın ən dahi kimyaçılarından biridir: birləşmələrin fiziki konstantına dair çoxsaylı ölçülər aparmışdır (həcmləri, genişlənmələr və s.). Məhlulların hidrat nəzəriyyəsini işləmişdir. "Kimyanın əsasları" əsərini yazmışdır - Bu əsər qeyri-üzvi kimya alimlərinin tədqiqlərinə ciddi təsir etmişdir".

Mendeleyev kristallarda izofirizm halını tədqiq etmiş, birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş, eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsindən asılılığını, duru maddələrin mütləq qaynama temperaturunu və ya "böhran temperaturu" anlayışını kəşf etmişdir. O, piknometr cihazını icad etmişdir. Cihaz vasitəsilə mayenin qatılığını müəyyənləşdirmək, eyni zamanda tədqiq olunan elementin temperaturunu bilmək mümkün olur. D.Mendeleyev məhlulların hidrat nəzəriyyəsini işləyib hazırlayıb. Həmçinin dəyişik tərkibli birləşmələrin mövcudluğu ideyasını irəli sürüb.

Qaz mühitünü tədqiq edərək, Mendeleyev ideal qazın ümumi tənliyini tərtib edib. Bu 1834-cü ildə fizik Klapeyronun kəşf etdiyi qazın vəziyyətinin temperaturdan asıllılığı barədə qanuna ciddi əlavə idi. Sonradan bu bərəbərlik Klapeyron-Mendeleyev bərabərliyi adlandırılıb.

 

Tomas Alva Edison (1847-1931)

ABŞ-da 1093 və dünyanın digər ölkələrində 3000-ə yaxın patent almış amerikalı ixtiraçı və sahibkar, fonoqrafın yaradıcısı, teleqraf, telefon, kino avadanlığının təkmilləşdiricisi, elektrik közərmə lampasının  kommersiya baxımından ilk uğurlu versiyalarından birini hazırlayan şəxs. Telefon danışığının əvvəlində “alo” sözünü işlətməyi təklif edən də məhz Edisondur. Akkumlyatoru o kəşf etmiş, elektriklə işləyən ilk qatarları o qurmuşdur.

1928-ci ildə o, ABŞ-ın ən yüksək mükafatına - Konqresin Qızıl medalına layiq görülüb. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1927), SSRİ Elmlər Akademiyasının xarici fəxri üzvü (1930).

Tomas Edison orta məktəbdə cəmi 3 ay oxuyub. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.

Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.

Dünyada heç bir insan həyatında Edison qədər ixtiralar etməmiş və patent almamışdır.

Tomas Edison 85 yaşında axır saatlarında öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…"

 

Maks Plank (1958-1947)

Alman nəzəri fiziki, kvant fizikasının banisi. Fizika üzrə Nobel mükafatı (1918) və digər mükafatlar laureatı, Prussiya Elmlər Akademiyasının (1894), bir sıra xarici elmi cəmiyyətlərin və elmlər akademiyalarının üzvüdür. Uzun illər alman elminin liderlərindən biri.

Plankın elmi əsərləri termodinamika, istilik şüalanma nəzəriyyəsi, kvant nəzəriyyəsi, xüsusi nisbilik və optikaya həsr edilmişdir. O, termodinamikanın ikinci qanununu entropiyanın artırılması prinsipi kimi formalaşdırmış və ondan fiziki kimyanın müxtəlif məsələlərini həll etmək üçün istifadə etmişdir. Plank tarazlıq istilik şüalanması probleminə elektrodinamika və termodinamika üsullarını tətbiq edərək, enerjinin mütləq qara cismin spektrində paylanması qanununu (Plank düsturu) yazıb, enerji kvantları və fəaliyyət kvantı ideyalarıını irəli sürərək bu qanunu əsaslandırıb. Bu nailiyyət kvant fizikasının inkişafının, onun sonrakı illərdə inkişaf etdirdiyi müxtəlif aspektlərinin (Plankın ikinci nəzəriyyəsi, faza fəzasının strukturu problemi, kvant sistemlərinin statistik mexanikası və s.) inkişafının başlanğıcını qoydu. Plank ilk dəfə olaraq relativistik hissəciyin dinamikasının tənliklərini çıxarıb və relativistik termodinamikanın əsaslarını qoyub. Plankın bir sıra əsərləri elmin tarixi, metodoloji və fəlsəfi aspektlərinə həsr edilmişdir.

A.Eynşteynin 1905-ci ildə nəşr etdirdiyi xüsusi nisbilik nəzəriyyəsi Plankda böyük təəssürat doğurur. Plankın yeni nəzəriyyəyə verdiyi yekdil dəstək Eynşteyn nəzəriyyəsinin elmi dairələrdə qəbuluna böyük təsir göstərir. Alimin digər nailiyytəlrinə gəldikdə, hissəciklərin kiçik təsadüfi impulslarda hərəkətini təsvir edən Fokker-Plank tənliyinin həlli misal göstərilə bilər. Maks Plank 1918-ci ildə kvant fizikasının inkişafında göstəridiyi xidmətlərinə görə Nobel mükafatına layiq görülüb.

İkinci dünya müharibəsi illərində Plank Hitleri yəhudiləri qırmaqdan çəkindirməyə çalışıb. Oğlu Ervin isə Hitlerə qarşı sui-qəsddə ittiham olunaraq edam olunub. Plank 1947-ci ilin 4 oktyabr tarixində vəfat edib.

 

Stiven Hokinq (1942-2018)

İngilis nəzəri fiziki, kosmoloq və astrofizik, yazıçı. Kembric Universitetində Nəzəri Kosmologiya Mərkəzində Araşdırma direktoru. Bir sıra elmi məqalələrin, o cümlədən Rocer Penrose ilə ümumi nisbilik çərçivəsində qravitasiya sinqulyarlıq teoremləri və tez-tez Hawking radiasiyası adlandırılan radiasiya yayan qara dəliklərin nəzəri proqnozu üzərində birgə işin müəllifi. Hokinq ümumi nisbilik və kvant mexanikası anlayışlarını birləşdirən kosmoloji nəzəriyyəni ilk dəfə təqdim edib. Kvant mexanikasının Paralel Dünyalar interpretasiyasını aktiv şəkildə dəstəkləyib.

Stiven Hokinq 1962-ci ildə Oksford Universitetini (bakalavr dərəcəsi) bitirib, 1966-cı ildə Kembric Universitetinin Trinity Hall Kollecində “Genişlənən kainatın xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək Ph.D. dərəcəsini alıb.

Hokinq Kral İncəsənət Cəmiyyətinin fəxri üzvü, Papa Elmlər Akademiyasının ömürlük üzvü olub, ABŞ-da ən yüksək mülki mükafat olan Prezident Azadlıq Medalı ilə təltif edilib. 2002-ci ildə BBC-nin bütün zamanların ən böyük 100 britaniyalısı arasında keçirdiyi sorğuda Hawking 25-ci yerdə qərarlaşıb. Alim 1979-2009-cu illərdə Kembric Universitetində Lukasiyalı riyaziyyat professoru olmuş, öz nəzəriyyələri və ümumən kosmologiyadan bəhs etdiyi populyar elmi əsərləri sayəsində kommersiya uğuru qazanmışdır. Hokinqin “Zamanın Qısa Tarixi” əsəri 237 həftə ərzində “The Sunday Times”ın bestsellerlər siyahısında yer alıb.

Onun elmi fəaliyyəti genişdir:

  • Dövrümüzün ən nüfuzlu və ictimaiyyətə məlum olan nəzəri fiziklərindən biri, kvant kosmologiyasının qurucularından biri.
  • Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyasıdır. Onun əsas nailiyyətləri:
    • qara dəliklərin təsvirinə termodinamikanın tətbiqi;
    • 1975-ci ildə qara dəliklərin Hokinq şüalanması adlanan bir fenomenə görə "buxarlanması" nəzəriyyəsinin inkişafı;
  • Bundan əlavə, 1971-ci ildə Böyük Partlayış nəzəriyyəsi çərçivəsində Hokinq, kütləsi milyardlarla ton ola bilən və eyni zamanda bir protonun həcmini tutan mikroskopik qara dəliklər konsepsiyasını təklif edib. Bu obyektlər nisbilik nəzəriyyəsi (nəhəng kütlə və cazibə qüvvəsinə görə) ilə kvant mexanikasının (ölçüsünə görə) kəsişməsində yerləşir.

9 yanvar 2019-cu ildə Rehovotdakı (İsrail) Weizmann Elm İnstitutunun tədqiqatçıları laboratoriyada stimullaşdırılmış Hokinq radiasiyasını yarada bildiklərini bildirirlər. Əsər Physical Review Letters jurnalında dərc edilir və Science Alert-də qısaca təsvir edilir. Hələ 1974-cü ildə məşhur fizik Hokinq şüalanması adlanan elektromaqnit şüalanmasının mövcudluğu nəzəriyyəsini əsaslandırılır. Onun mahiyyəti ondan ibarətdir ki, qara dəlik udduğundan daha çox maddə itirir. Bu, onun buxarlanmasına və partlamasına səbəb olur.

Hokinqdə onilliklər ərzində onu tədricən iflic edən motor neyron xəstəliyinin (həmçinin amiotrofik yanal skleroz və ya Lou Gehrig xəstəliyi kimi tanınır) yavaş-yavaş inkişaf edən nadir bir forması var idi. Hokinq nitqini itirdikdən sonra nitq sintezatoru vasitəsilə əvvəlcə əl açarı, sonra isə yanaq əzələsindən istifadə edərək ünsiyyət qura bilirdi. 14 mart 2018-ci ildə 76 yaşında vəfat edib.

 

Edvin Habbl (1889-1953)

Amerikalı astronom. O, kainat haqqında anlayışı əsaslı şəkildə dəyişdirərək, təkcə bizim (Süd yolu) yox, digər qalaktikaların da mövcudluğunu kəşf edib. O, həmçinin uzaq qalaktikaların işıq spektrində müşahidə edilən Dopler effektinin ("qırmızıya sürüşmə") miqyasının Yerdən müəyyən qalaktikaya qədər olan məsafəyə mütənasib olaraq artması fikrini də nəzərdən keçirib. Bu mütənasib əlaqə Habbl qanunu kimi tanınır.

Edvin Habbl XX əsr elminin klassiklərindən sayılır. O, özündən sonra bizim üçün möhtəşəm irs qoyub gedib ki, bunu da onun adı ilə, Habbl qanunu adlandırırlar. Edvin Habbl qalaktikaların yeni təsnifatını, zaman keçdikcə onların genişləndiyini müşahidə etmişdir. Bu, böyük partlayış nəzəriyyəsinin ən böyük sübutu hesab olunur. Məşhur Habbl teleskopu alimin şərəfinə adlandırılmışdır.

Habbl 16 yaşında, o vaxtkı dövrün 10 ən yaxşı universitetlər sırasında olan Çikaqo Universitetinə daxil olur. O zamanlar universitetdə astronom F.R.Multon işləyirdi. Habblın astronomiya elminə həvəsinin güclənməsində onun əməyi böyük olub.

O, Yerkes rəsədxanasında, professor Frostun rəhbərliyi altında, fəlsəfə elmləri doktoru dərəcəsini almaq üçün, spiral dumanlıqları araşdıraraq, elmi iş üzərində işləməyə başlayır. Elə o vaxtı Habbl “spirallar qalaktikaların, ulduz sistemlərinin aralarındakı məsafələr milyon işıq ili ilə hesablanır” fikrini irəli sürmüşdür.

D.E.Heylin rəhbərlik etdiyi Maunt-Vilson rəsədxanası, yüz düymlük refrektorlu teleskopun hazırlanmağı üzərində çalışırdı. Bir çoxları kimi Habbl da bu rəsədxanada işləmək üçün təklif alır.

Edvin rəsədxanada dumanlıqları, Süd Yolu qalaktikasında olan obyektləri öyrənməyə başlayır. Planetar dumanlıqların işıq saçma səbəbinin, daxildə olan planetlərin və ulduzlarının buraxdığı ultrabənövşəyi şüaların təsirindən olmasının izahı Edvin Habbla məxsusdur.

Daha sonra Habbl Süd Yolu qalaktikasından qıraqda olan dumanlıqları öyrənməyə başlayır. Məlum olur ki, bu dumanlıqlar da, bizim qalaktikamız kimi, özünəməxsus qallaktikaların daxilindədirlər. Edvin Habbl bu qalaktikaları növlərə ayırır: spiral, elliptik və nizamsız. Bu növlərə bölünmə elmdə indiyə kimi də davam edir.

1923-cü ildə Edvin Habbl 60-100 düymlük reflektorlarla Andromeda dumanlığını müşahidə edib, öyrənməyə başlayır. O, belə qərara gəlir ki, böyük Andromeda dumanlığı, ayrı ulduz sistemidir. Belə bir fikri, o, MOS6822 dumanlığı barədə də deyir.

1929-cu ilin yanvarında Habbl Amerika Milli Elmlər Akademiyasında, qalaktikaxarici dumanlıqların məsafəsi və radial sürəti barədə məruzə ilə çıxış edir. Maunt-Vilson rəsədxanasında uzaq qalaktikaların radial sürətləri təyin olumağa başlanılır. 1936-cı ildə M.Hyumason yüzdən çox qalaktika haqqında məqalə dərc edir. Rekord sürət — 42000 km/s olmaqla, Böyük ayı bürcündə olan qalaktikalara aid idi.

1935-ci ildə Xabl və fizik R.Tolmen qırmızıya sürüşmənin təbiətini öyrənməyə başlayırlar.

II Dünya müharibəsindən sonra Habbl, 200 düymlük (508 sm) yeni teleskopun hazırlanması ilə məşğul olur. O, əminliklə bilirir ki, 200 düymlük teleskop bizə cavab verəcək ki, qırmızıya sürüşməni Kainatın genişlənməsinə səbəb kimi nəzərə almaq olar, yoxsa yox.

Edvin Habbl 28 sentyabr 1953-cü ildə həyat yoldaşı ilə birlikdə rəsədxanadan, nahar fasiləsinə gələn zaman gözlənilmədən keçirtdiyi insult nəticəsində dünyasını dəyişir.

Onun basdırıldığı yer heç kimə məlum deyil. Bu onun həyat yoldaşının tələbi idi. Amma, onun şərəfinə Ayda krater, asteroid və 1990-cı ildə ən güclü teleskop adlandırılıb.

 

Vilhelm Rentgen (1845-1923)

Alman fiziki. 1875-ci ildən Hohenhaymda professor, 1876-cı ildən Strasburqda fizika professoru, 1879-cu ildən Gissendə, 1885-ci ildən Vürzburqda, 1899-cu ildən Münhendə professor kimi fəaliyyət göstərib. 1895-ci ildə şüalanmanın kəşfinə görə fizika üzrə fizika üzrə ilk Nobel mükafatı laureatı (1901). Sonradan Rentgen şüaları onun adını almışdır.

Rentgen 1845-ci ildə Almaniyanın Remşayd şəhərinin Lennep kəndində doğulmuşdur. Uşaqlığı və ilk təhsil illəri Hollandiya və İsveçrədə keçmişdir. 1865-ci ildə daxil olduğu Sürix Politexnik Universitetində təhsil almış və 1868-ci ildə "maşın mühəndisi" olaraq məzun olmuşdur.

1869-cu ildə Sürix Universitetinin doktoranturasını bitirmişdir. Ali təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq (1876), Qisensk (1879), Vürtsburq (1888) və Münhen universitetlərinin professoru adlarına yiyələnmişdir. 1900-cu ildə Münhen universiteti Fizika kürsüsünə və yeni Fizika İnstitutunun rəhbərliyinə gətirilmişdir.

Həyat yoldaşının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Birinci dünya müharibəsinin yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində Münhendə vəfat etmişdir.

Tədqiqatları pyezoelektrik və piroelektrik xassələrinə, onlarda elektrik və optik hadisələr arasındakı əlaqəyə və maqnetizmə aiddir. X-şüalarını (rentgen şüaları) kəşf etmiş, ilk rentgen borusunu yaratmışdır. Rentgen şüalarının kəşfi elmin bütün sahələrinə güclü təsir etmişdir. Rentgen və qamma şüalanmaları vahidi rentgen onun şərəfinə adlandırılmışdır.