Xocavənd əməliyyatı - qəhrəman oğulların şücaəti
Region

Xocavənd əməliyyatı - qəhrəman oğulların şücaəti

1992-1994- ilin may ayına kimi Ermənistanın hərbi təcavüzü nəticəsində səkkiz yüz min nəfərdən çox azərbaycanlı məcburi köçkünə çevrildi, Qarabağ Şərqi Zəngəzur işğal edildi, o cümlədən Ağdam Füzuli rayonlarının ərazisinin böyük hissəsi işğalçıların əlinə keçdi. Azərbaycan daxili çəkişmələrlə, hökm sürən anarxiya xaosla yanaşı, humanitar fəlakətlə üzləşdi, yenicə bərpa edilmiş dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yarandı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikada yaranmış ziddiyyətli vəziyyət aradan qaldırıldı, ən əsası isə Ermənistan silahlı qüvvələrinin hücumlarının yeni ərazilərin işğal edilməsinin qarşısı alındı.

1994- il yanvar ayının əvvəlində silahlı qüvvələrimizin əks-hücum əməliyyatı nəticəsində Horadiz qəsəbəsi Füzuli rayonunun 22 kəndi işğalçılardan azad edildi. Düşmən daha irəliləyə bilməyəcəyini hiss edəndən sonra may ayında cəbhə xəttində atəşkəs elan edildi.

Azərbaycanda ordu quruculuğunun bünövrəsi inkişaf etdirilməsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, orduda sağlam mühit formalaşdırılıb, peşəkar zabitlər xidmətə cəlb edilib, silahlı qüvvələrin kəşfiyyat əks-kəşfiyyat xidməti yaradılıb. Həmin illərdə ordumuzun kəşfiyyat qrupları düşmənin arxasına keçir, mühüm hərbi məlumatlar əldə edir, düşmənin bölgədəki silahlı qüvvələrinin dislokasiya yerlərini müəyyən edirdi.

1997-ci il aprelin 7- cəbhənin Xocavənd rayonu istiqamətində düşmən arxasına keçən 8 nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu döyüş tapşırığını uğurla yerinə yetirdi. Bu tapşırıq Ermənistan ordusunun Azərbaycan torpaqlarında dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, döyüş texnikaları haqqında məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsindən ibarət idi. Lakin döyüş tapşırığını yerinə yetirdiyi üçüncü gün xüsusi təyinatlı kəşfiyyatçı qrupu aşkar edən düşmən onları mühasirəyə alır, kəşfiyyat qrupu ilə ermənilər arasında şiddətli döyüş gedir, işğalçılara əlavə qüvvələr köməyə gəlir. Mühasirənin daraldığını hiss edən kəşfiyyat qrupu düşmən əlinə keçməmək üçün özlərini qumbara ilə məhv edir. Onlardan bir nəfər isə yaralı halda ermənilərin əlinə keçir. Qəhrəman oğullarımızın nəşi altı aydan sonra, oktyabrın 14- Prezident Heydər Əliyevin səyi nəticəsində geri alınaraq Bakıda II Şəhidlər xiyabanında dəfn edilib. Ağır yaralanaraq əsir düşən qrupun üzvü Aqil Əhmədov isə 23 aylıq əsirlikdən sonra ulu öndər Heydər Əliyevin diplomatiyası Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Vətənə qaytarılıb. Vətən torpağı uğrunda canlarından keçən şəhidlik zirvəsinə ucalan leytenant Elxan Ağayev, leytenant Vüqar Yarəhmədov, çavuşlar - Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov Fariz Cavadov ölümündən sonra sağ qalan Aqil Əhmədov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. İgid kəşfiyyatçıların adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb, onların misilsiz hünəri cəsarəti gələcək nəsillər üçün əsl örnəkdir.

Mənsub olduğu xalqın, gəncliyin gücünü, ləyaqətini, qabiliyyətini, qəhrəmanlığını varlığında yaşadan, doğma yurdu, torpağı uğrunda savaşa atılan, düşməni əzən məhv edən oğullarla fəxr edirik, polad biləkli igidlərlə həmişə qürur duyur, şəhidlərimizin qarşısında baş əyirik. 26 il bundan əvvəl həyata keçirilən Xocavənd əməliyyatı zamanı həlak olan qəhrəman oğulların şücaəti indi dillərdə dastana çevrilib.

Salman ALIOĞLU,

"Respublika".