Azərbaycanda ordu quruculuğu Heydər Əliyevin adı ilə bağlıdır
Region

Azərbaycanda ordu quruculuğu Heydər Əliyevin adı ilə bağlıdır

Heydər Əliyev və Azərbaycan ordu quruculuğu adlı tədbir İsmayıllı rayonunda baş tutmuşdur. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Əfran Nəbiyev, YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Vətən müharibəsi qəhrəmanı ehtiyatda olan polkovnik-leytenant Anar Mirzəyev, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və digər nümayəndələr iştirak edib.

Polkovnik-leytenant Elçin Hətəmov “Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu” mövzusunda məruzə ilə çıxış edib. Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Anar Mirzəyev Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsinin Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin məntiqi nəticəsi olduğunu qeyd edib.

 M.NƏRİMANOĞLU,

“Respublika”.