Xarici media nümayəndələri Mətbuat Şurasında olublar
Digər xəbərlər

Xarici media nümayəndələri Mətbuat Şurasında olublar

Bu gün Böyük Britaniyanın, Albaniyanın və Gürcüstanın media nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar.

Mətbuat Şurasından “Respublika”-ya verilən məlumata görə, qurumun İdarə Heyətinin üzvü Elşad Eyvazlının rəhbərlik etdiyi Parlament Jurnalistləri İctimai Birliyinin dəvəti ilə ölkəmizə gəlmiş Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” və “Avrupa News Agency” platformalarında yer alan Alpaslan Duvenin, Albaniyanın "Infowebmedia" rəqəmsal platformasının nümayəndəsi Anisa Bahitinin və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının təmsilçisi Avtandil Otinaşvilinin ölkəmizə səfərlərində məqsəd Qərbi Azərbaycan reallıqlarının beynəlxalq mediada işıqlandırılmasına dəstək göstərilməsidir.

Qonaqlar çıxışlarında Azərbaycana səfərlərinin, keçirdikləri görüşlərin onlarda təəssürat zənginliyi yaratdığını bildiriblər. Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmovun, onun müavini İlqar Tağıyevin də iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın mümkün variantlarına nəzər salınıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.