Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqlayıb
Digər xəbərlər

Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda dəstək əldə etmək üçün prezidentliyə namizəd Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini bildirib.

Respublika-news.az bildirir ki, Ərdoğan bu barədə CNN-ə müsahibəsində açıqlayıb. Dövlət başçısı millətinin güclü bir Türkiyə demokratiyası adına hərəkət edəcəyinə əmin olduğunu söyləyib.

Xatırladaq ki,  Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

İkinci tur mayın 28-də keçiriləcək.

Nəzrin CAVADZADƏ.