Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb
Gündəm

Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb

Dekabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

"Respublika" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Xüsusi nümayəndə Mixail Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.