İran İsraillə gərginliyi artırır - Qallantdan BMT-yə müraciət
Gündəm

İran İsraillə gərginliyi artırır - Qallantdan BMT-yə müraciət

İsrailin Müdafiə naziri Yoav Qallant BMT-nin baş katibi Antonio Quterreşə bildirib ki, BMT gərginliyi sakitləşdirmək üçün hərəkətə keçməlidir.

"Respublika" xəbər verir ki, Qallant bu barədə İsrailin BMT-dəki səfiri Gilad Erdan ilə digər hərbi və diplomatik rəsmilərin də iştirak etdiyi görüşdə bildirib.

Müdafiə naziri Yoav Gallant bazar ertəsi BMT-nin baş katibi Antonio Quterreşə bildirib ki, BMT İsrailin şimal sərhədində İran və Hizbullah tərəfindən təxribata səbəb ola biləcək potensial eskalasiyaya qarşı hərəkətə keçməlidir.

Müdafiə naziri təxribata misal olaraq İsrail ərazisində sərhəddə qurulan Hizbullah çadırlarını göstərib. 

Nurlan ABDALOV,

"Respublika".