Xalqımızın xilaskarı, əbədiyaşar lider
Region

Xalqımızın xilaskarı, əbədiyaşar lider

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda keçirilən tədbir öncəsi Ulu Öndərin abidəsini ziyarət edilmiş önünə gül dəstələri qoyulmuşdur.

Tədbirdə çıxış edən Fizika-riyaziyyat elmləri doktoru, professor Həmzağa Orucov bildirdi ki, Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə bütün sahələrlə bərabər gənc nəslin savadlı, bütün biliklərə yiyələnmələri üçün təhsilə yüksək önəm verirdi və bu sahədə müxtəlif islahatlar həyata keçirirdi. Məhz bu səbəbdən də təhsilin inkişafı sahəsində Ulu Öndərin xidmətləri çox böyükdür. Mütəmadi olaraq gənclərlə görüşür, onların problemləri ilə maraqlanırdı.

 Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov bildirdi ki,  müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında, Ulu Öndərimizin əvəzsiz xidmətləri olmuşdur və qoyduğu irs bizim milli sərvətimizdir. Xalqımız Ulu Öndəri haqlı olaraq müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın xilaskarı, əbədiyaşar lideri adlandırır.

Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ƏSRİN ADAMI” adlı sənədli filim nümayiş olundu.

M.QULUYEV,

“Respublika”.