“X” sosial şəbəkəsində yeni funksiya
Maraqlı

“X” sosial şəbəkəsində yeni funksiya

İlon Mask “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) təsdiqlənmiş istifadəçilərinin orada yayımlanan videoları yükləyə biləcəklərini deyib.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, videonu yükləmək üçün video tam ekran rejimində olarkən mavi işarəni klikləmək lazımdır.

Tezliklə şəkilləri də eynilə klikləyib yükləməyin mümkün olacağı da qeyd olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".