Vladimir Putin: Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyası prosesinin “yumşaq” keçməsində maraqlıdır
Siyasət

Vladimir Putin: Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyası prosesinin “yumşaq” keçməsində maraqlıdır

Azərbaycan rəhbərliyi Qarabağda etnik təmizləmə aparmaqda maraqlı deyil. Üstəlik, Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyası prosesinin “yumşaq” keçməsində maraqlıdır.

"Respublika" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

RF Prezidenti əlavə edib ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. “İndi Prezident Əliyev mənə deyir: “Siz axı bilirsiniz ki, Ermənistan Qarabağın bizim olmasını tanıyıb”. Qarabağın statusu haqqında məsələ daha yoxdur, problem həll olunub, erməni rəhbərliyi bunu açıq bəyan edib və 1991-ci ildə Azərbaycan SSR çərçivəsində olan bütün əraziləri tanıyıb”. Rusiya lideri qeyd edib ki, Azərbaycan bütün məsələlərin ikitərəfli formatda həllinin tərəfdarıdır.