Qərbi Azərbaycan İcması ATƏT-in tədbirində təmsil olundu
Siyasət

Qərbi Azərbaycan İcması ATƏT-in tədbirində təmsil olundu

Qərbi Azərbaycan İcması ATƏT-in yüksək səviyyəli tədbirində təmsil olunub.

"Respublika" xəbər verir ki, bu barədə İcmadan məlumat verilib.

Məlumatda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Ramil Həsən
in ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı İnstitutunun təsis edilməsinin 30 illiyi münasibəti ilə iyulun 7-də Vyana şəhərində keçirilən yüksək səviyyəli tədbirdə İcmanın adından iştirak etdiyi bildirilib.

ATƏT-in
fəaliyyətdə olan sədri Buyar Osmanı, Baş katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, iştirakçı dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi vəziyyəti və milli azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi məsələlər müzakirə olunub.

Tədbirdə o cümlədən, milli azlıqlar mövzusunda ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

İcmanın sədr müavini R.Həsən müzakirələrə öz töhfəsini verib. Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verən İcma nümayəndəsi, Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğu
layıb.

R.Həsən Ermənistanın öz ərazisindən azərbaycanlıları qovub, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqları ilə spekulyasiya etməsinin ATƏT-in dövlətlərarası münasibətlərdə Milli Azlıqlar üzrə Bolzano/Bozen Tövsiyə Sənədində də qınandığı kimi, ikili standart olduğunu
bildirib.

Qeyd edək ki, bu, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatın tədbirində rəsmi təmsil olunduğu ilk hal idi. İcma özünün insan hüquqları gündəliyini beynəlxalq səviyyədə təşviq etmək üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirəcək.