Uzaqlaşdığı KTMT, yaxınlaşdığı Pentaqon və erməni xəyanəti
Siyasət

Uzaqlaşdığı KTMT, yaxınlaşdığı Pentaqon və erməni xəyanəti

XIX əsrdə yaşamış fransız səyyahı qraf Arman Pyer de Şölye ermənilər barədə deyirdi: "Mən onlarla heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur".

Bu gün erməni riyakarlığı Ermənistan-Rusiya münasibətlərində də özünü büruzə verir. Tarix boyu xəyanət, satqınlıq ilə məşğul olan Hayastanın yeni hami axtarışına çıxması məlum idi. Bu gün onlar dövlət kimi formalaşmalarında əvəzsiz xidməti olan Rusiyaya arxa çevirirlər. 44 günlük müharibə dövründə Kreml rəhbərinə yalvaran Paşinyan indi Moskvaya xəyanət edir. Şübhəsiz, Ermənistanın anti-Rusiya fəaliyyətinin arxasında Qərbdən aldığı tapşırıqlar dayanır. Bu gün Hayastan həmin göstərişlərə uyğun olaraq rəsmi Moskvanı regiondan uzaqlaşdırmağa çalışır.

Bu gün Ermənistan Rusiyanı qıcıqlandırmaq məqsədilə Fransa və ABŞ kimi ölkələrlə hərbi-siyasi əməkdaşlığını genişləndirir. Sentyabrda ABŞ ilə birlikdə keçirilən "EAGLE PARTNER 2023" hərbi təlimlərindən sonra bu dəfə Paşinyan yüksək rütbəli hərbçilərini Pentaqon generalları ilə görüşə göndərib. Xatırladaq ki, bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri keçirilməli idi. Amma Hayastan nümayişkaranə şəkildə sözügedən təlimlərdən imtina etdi. Ölkə ərazisində ABŞ ilə hərbi təlimlər keçirildi. Paşinyanın bu addımları onun  anti-Rusiya siyasəti yürütdüyünün bariz nümunəsidir. Ermənistanın Rusiyaya qarşı əməlləri sadəcə bunlarla da yekunlaşmır. Belə ki, bu yaxınlarda Ermənistanın yüksək rütbəli hərbçilərinin Birləşmiş Ştatların Avropa komandanlığının (EUCOM) rəhbərliyi ilə Ştutqartda görüşü baş tutmuşdu. Görüş çərçivəsində əldə olunan ilkin razılığa əsasən ABŞ erməni hərbçilərinin "peşəkar" döyüş hazırlığına kömək edəcəyini bəyan etmişdi. Rəsmi Vaşinqton, həmçinin Ermənistanın müdafiə nazirinin müavini Edvard Asryan və EUCOM-un Avropa komandanlığının müavini Stiven Başam arasında keçirilən bu görüşdə İrəvana serjant hazırlığına və idarəetmə sisteminin modernləşməsinə yardım edəcəyini bildirmişdi. Buradan bir daha bəlli olur ki, ABŞ mütəxəssisləri erməni hərbçilərin döyüş hazırlığına dəstək göstərəcək. Söhbət hansı döyüşdən gedir, o isə sual altındadır.

Xatırladaq ki, EUCOM Amerikanın Avropa, Asiya və Yaxın Şərqin bəzi bölgələrində, Şimal Buzlu və Atlantik okeanlarda hərbi əməliyyatlarına cavabdeh qurumdur və ordusunun sayı 65 mindən çoxdur. Daha bir vacib məqam isə Paşinyanın "komandasının" fəal üzvü Asryanın Ermənistan ordusunun ciddi islahatlara ehtiyac duyduğunu söyləməsi idi. Müdafiə nazirinin müavininin sözlərinə görə, generallar səviyyəsində görüşlər gələcəkdə birgə hərbi təlimlərin planlaşdırılması və keçirilməsinin təməli hesab olunur. Əslində bu görüş ordunun peşəkarlığının aşağı səviyyədə olması barədə Kremlə ünvanlanan açıq mesaj kimi də başa düşülə bilər. Bütün bunlar bir daha İrəvanın KTMT ilə təlimlərə birdəfəlik son qoymaqda israrlı olduğundan xəbər verir.

Bu gün Paşinyan öz yönünü Moskvadan Vaşinqtona, NATO-ya doğru dəyişir. Bundan öncə də Ermənistan dəfələrlə KTMT-nin tədbirlərini, təlimlərini boykot etmişdi. Hətta onların təşkilatdakı nümayəndə postu da hazırda boşdur. Bunun səbəbi isə Paşinyanın onu uzun illər təşkilatda təmsil edən nümayəndəsini Avropa ölkələrindən birinə səfir kimi göndərməsidir. Rusiya siyasi dairələrində Ermənistanın bu addımı ciddi narazılıq doğurmuşdu. Hayastanın əzəldən satqın olduğunu nəzərə alsaq, uzun illər təşkilatda çalışmış şəxsin KTMT-nin məxfi məlumatlarını qarşı tərəfə təqdim edəcəyi də istisna edilmir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin TŞ katiblərinin Moskvada keçirilən iclasında da iştirak etməkdən imtina etmişdi. Bununla, rəsmi İrəvanla Kreml arasındakı gərginlik pik həddə çatdı. Qeyd etdiklərimiz Ermənistanın Moskva ilə birgə təmsil olunduğu bütün təşkilatlarda iştirakdan imtina məsələsində qətiyyətli olduğunu deməyə əsas verir. İrəvanın gələcəkdə KTMT, MDB, hətta Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi də gündəmə gətirilə bilər. Doğrudur, İrəvan rəhbərliyi sözdə bəyan edir ki, Kremllə ikitərəfli münasibətlər əvvəlki kimi qalacaq. Amma Paşinyanın atdığı addımlar bunun əksini göstərir. Sonda isə onu demək olar ki, qonşu dövlətin xarici siyasətində mürəkkəb vəziyyət hakimdir. Ermənistan baş naziri bir tərəfdən Qərbə yönəlmək istəyir, digər tərəfdən də Rusiya ilə açıq qarşıdurmaya getməkdən çəkinir.

Nəzrin ELDARQIZI,

"Respublika".