Azərbaycanın inkişaf və yüksəliş tarixinin başlanğıcı
Siyasət

Azərbaycanın inkişaf və yüksəliş tarixinin başlanğıcı

Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi tarixi əhəmiyyətə malik olan bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində müstəsna rol oynayan, inkişafının sarsılmaz təməllərini qoyan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir.

Müasir dövlətçilik tariximiz ümummilli lider Heydər Əliyev dühasının çoxşaxəli məhsuldar fəaliyyətinin canlı salnaməsidir desək yanılmarıq. Çünki ulu öndər tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq mənafeləri önə çəkib, gələcəyə hesablanmış inkişaf strategiyası hazırlayaraq onu uğurla reallaşdırıb. Bu səbəbdən xalqımız Milli Qurtuluş Gününü hər zaman qürur hissilə qeyd edir.

30-cu ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki məhz bu gün Azərbaycanın müstəqilliyinin davamlılığının, dövlətçiliyimizin müqəddəratının həll olunduğu tarixdir.

Vurğulamaq lazımdır ki, xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz ulu öndərin şəxsiyyətində görürdü. Bir lider kimi Heydər Əliyev Azərbaycan dövlətinin xalqının böhran məşəqqətlərdən qurtuluşu üçün həyatını qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam, xalq lider birliyi dünya tarixində az rast gəlinən faktlardandır.

Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli qanlı-qadalı dövrünə çevrilən 1993- ilin iyun hadisələri, kəskinləşən siyasi hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi idi. Hələ Gəncə hadisələrinə qədər ölkə idarəolunmaz vəziyyətə düşmüşdü, hakimiyyətsizlik, anarxiya baş alıb gedirdi. İqtidarın səriştəsizliyi vətəndaş müharibəsinə ölkənin parçalanmasına zəmin yaratmışdı. Bir sözlə, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması tam gücü ilə işə salınmışdı AXC-Müsavat iqtidarı da buraxdığı kobud sahvlərlə buna rəvac verirdi.

Həmin günlərdə bütün nəzərlər Naxçıvana dikilmişdi. Çünki vəziyyəti təhlil edən hər kəs anlayırdı ki, məhz müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev bu çətinliklərin öhdəsindən gələ, xalqa dövlətə nicat bəxş edə bilər. O zaman Naxçıvan Ali Məclisinin Sədri kimi Heydər Əliyev uğurlu siyasət yürüdərək, blokada vəziyyətində olan Naxçıvanda erməni təcavüzünün qarşısını qətiyyətlə almışdı, ona görə ictimaiyyətin bütün nümayəndələri təkidlə ulu öndəri Bakıya çağırır, israrla hakimiyyətə gəlişini tələb edirdilər.

Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev isə ona bəslənilən ümidləri doğrultmaq üçün məhz həmin günlərdə ölkəni xilas etmək kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü. Heydər Əliyev fenomeni Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.

15 iyun 1993- ildə ulu öndər Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi Azərbaycan dövlətçiliyinin müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə həkk olundu. Məhz Heydər Əliyev dövlətçiliyimizi, azadlığımızı qorudu, xilas etdi. Bu gün müstəqil, demokratik, hüquqi dövlətdə yaşamaq arzularımızın real dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması yüksəlişi, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri ictimai-siyasi qurumların inkişafı fəallaşması oldu.

Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb etdi. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994- il sentyabrın 20- imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1996- ildə Lüksemburqda Avropa İttifaqı ilə tərəfdaşlıq əməkdaşlıq haqqında saziş imzalandı. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşməsində müstəsna rol oynadı.

Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatını xalqına həsr etmiş, xalqın gələcəyini düşünmüş, müdrik siyasətini davam etdirəcək, xalqın mənafeyini qorumaq kimi şərəfli məsuliyyətli vəzifəni öz üzərinə götürücək yeni lideri yetişdirmişdir. Bu gün Heydər Əliyevin ölkənin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr, daxili sabitliyin, siyasi həmrəyliyin milli birliyin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının ildən-ilə yüksəlməsi ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasındadır. Bu, ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır" arzusunun Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir.

 

Əziz ZEYNALOV,

Nəsimi Rayon Bələdiyyəsinin sədri.