Ünvanlı dövlət sosial yardımının məbləği 28,4% artıb
Sosial həyat

Ünvanlı dövlət sosial yardımının məbləği 28,4% artıb

2023-cü ilin avqust ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı dövlət sosial yardımının məbləği (ÜDSY) məbləği 28,4% artıb.

"Respublika" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyi məlumat yayıb. 

Beləliklə, ötən ilin avqust ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 369,3 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 474,4 manat təşkil edib.