UNUDULMAYAN AĞDABAN FACİƏSİ
Digər xəbərlər

UNUDULMAYAN AĞDABAN FACİƏSİ

Kəlbəcərin işğalından bir il öncə mənfur erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 kilometr şimal-şərqdə yerləşir. 1992-ci il aprelin 7-dən 8- keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara səpələndi. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən, əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək, soyqırımı aktı törətdilər

Ağdaban faciəsindən 31 il keçirBununla əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri hadisə şahidləri iştirak ediblər.

İlk öncə, ümummilli lider Heydər Əliyevin torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına ehtiramlarını bildiriblər. Sonra Ağdaban faicəsindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon 104 saylı ümumi orta məktəbin direktoru Qələndər Zeynalov, hadisə şahidlərindən Yaşar Məmmədov çıxış edərək böyük ürək yanğısı ilə bildiriblər ki, Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.

Zabit XƏLİLOV,

"Respublika".