Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans
Region

Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində  “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)”  mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,   önünə  gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.  Əvvəlcə  Heydər Əliyev Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Konfrans işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin və digər qurum nümayəndələrinin  iştirak etdiyi konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)”   mövzusunda geniş məruzə ilə çıxış etmişdir.  

Sonra,  ulu öndərə həsr olunmuş “Əsrin adamı” filmi nümayiş olunmuşdur.

Zabit XƏLİLOV,

“Respublika”.