ZƏFƏR ƏTİRLİ NOVRUZUM
Region

ZƏFƏR ƏTİRLİ NOVRUZUM

Lənkəran şəhər mədəniyyət mərkəzi Novruz atributları ilə bəzədilmişdir. Mərkəz öz istedadlarını, bacarıqlarını nümayiş etdirmək üçün bu dəfə şəhər 10 saylı məktəbin şagirdlərinin ixtiyarına verilmişdir.

Məktəbin direktor əvəzi Kəmalə Abbasova hamıya səmimi, xoş bayram arzularını söylədi. Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisi Elxan Nəcəfov xalqımızın üçüncü ildir ki, Novuz bayramını qələbə, zəfər sevincləri ilə qeyd etdiyini, işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarının qalandığını bildirdi. Tədbirdə iştirak edən şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını, məktəbin kollektivini salamlayıb hər birinə  xoş ovqat, bayram əhvali-ruhiyyəsi arzuladı.

Şagirdlər Dədə Qorqud, Bahar qız, Kosa, Keçəl Novruzun digər obrazlarını bacarıqla, məharətlə təqdim etdilər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".