ÜÇTƏPƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ HƏLLİNİ TAPIR
Region

ÜÇTƏPƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ HƏLLİNİ TAPIR

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayon sakinləri ilə görüşləri, səyyar qəbulları, problemlərinin yerində öyrənilməsi, həll edilməsi vətəndaşları razı salır. Operativlik, dəqiqlik, hərtərəfli araşdırmalar, ən başlıcası, insanlara verilən yüksək dəyər bu qəbulların əsasını təşkil edir. Vətəndaş hiss edir ki, onun müraciəti dərhal diqqətə alınır, qəbulda iştirak edən müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verilir, problem öz həllini tapır.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı E.Paşayev rayonun Üçtəpə kənd tam orta məktəbin akt zalında kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib. Görüşdə rayon icra hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Başçı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etdi. Eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib.

Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən rayon rəhbəri mövcud problemlərin həlli, o cümlədən kənddaxili yolların təmir olunması, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenisi ilə əvəz olunması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

Zabit XƏLİLOV,

"Respublika".