Üçrəngli bayrağımız qürurla dalğalanır
Siyasət

Üçrəngli bayrağımız qürurla dalğalanır

Rusiya sülhməramlı kontingentin Qarabağı tamamilə tərk etməsi gözlənilən idi. Çünki Azərbaycan və Rusiya ali siyasi rəhbərliyi bu barədə bir neçə ay öncə razılığa gəlmişdilər.

Sülhməramlı kontingentin Qarabağı vaxtından əvvəl tərk etməsinin səbəbinə gəlincə, deyə bilərəm ki, bu, ermənilərin öz xoşu ilə Xankəndi və ətraf ərzazilərdən çıxıb getməsilə əlaqəlidir. Məlum olduğu kimi, Azərbaycan dövləti antiterror tədbirlərindən sonra Qarabağın erməni əhalisinə qalıb yaşamağı təklif etmişdi. Lakin onlar bunu qəbul etmədilər. Bir müddət gözləmə prosesi oldu ki, ola bilsin, ermənilər fikirlərindən daşınıb yenidən geri qayıdarlar. Amma bu, baş vermədikdə artıq sülhməramlı kontingentin Qarabağda fəaliyyətinə heç bir ehtiyac qalmadı. Bu, həm də Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Azərbaycan növbəti dəfə diplomatik masada öz istədiyinə nail ola bildi. Artıq Qarabağ deyərkən nə ermənilərdən, nə də sülhməramlı hərbçilərdən söhbət gedəcək, yalnız Böyük Qayıdış proqramının necə uğurla icra edilməsindən danışacağıq.

İndi Xocalı aeroportu da Azərbaycanın nəzarətinə keçdi və üçrəngli bayrağımız burada əbədi, qürurla dalğalanır. Hava limanının ölkəmiz üçün strateji əhəmiyyəti ilə yanaşı, mənəvi dəyəri də vardır. Ona görə də, hesab edirəm ki, bu, növbəti tarixi hadisədir.

Tural İsmayIlov,

politoloq.