Türkiyəyə diplomat axını
Region

Türkiyəyə diplomat axını

Türkiyə hazırda sıx diplomatik trafikin mərkəzində dayanır. İyulun 25-də Fələstin prezidenti Mahmud Abbası qəbul edən Ankara bu gün Çinin yeni xarici işlər naziri Vanqı qəbul edəcək.

"Respublika" "Hürriyət"ə istinadən bildirir ki, hazırda Türkiyəyə Putinin səfəri gözlənilir.

Prezident Ərdoğanın dəvətini qəbul edən Putinin Türkiyəyə səfəri ilə bağlı Rusiyadan yeni açıqlama gəlib. Rusiya prezidenti Vladimir Putinin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakov Putinin Türkiyəyə səfər etməyi planlaşdırdığını açıqlayıb. Uşakov bildirib ki, Putinin Türkiyəyə səfəri hər iki ölkənin planlarında var, lakin hələlik dəqiq tarix razılaşdırılmayıb.

Putinin Ərdoğanın prezident seçkilərindəki qələbəsindən dərhal sonra Türkiyəyə gələcəyinə söz verdiyini xatırladan Uşakov, iki lider arasında keçirilən görüşlərdə "Taxıl Müqaviləsi" məsələsinin müzakirə olunacağını bildirib.

Töhfə SƏMƏDOVA,

"Respublika".