Türkiyədə zəzələdə xəsarət alan bina çöküb
Dünya xəbərləri

Türkiyədə zəzələdə xəsarət alan bina çöküb

Türkiyədə zəzələdə xəsarət alan bina 6 ay sonra çöküb. 

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Defne rayonunda qəzalı binaların söküntüsü davam edir.

Harbiye Mahallesi Atatürk Parkı ərazisində ikimərtəbəli fərdi yaşayış evinin sökülməsi zamanı bina inşaat maşınının üzərinə uçub. Qəzada yaralanan olmayıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".